QR CodeQR Code

Əli İnsanovdan Cəmil Həsənliyə dəstək

21 Sep 2013 07:33

IslamTimes - Azərbaycanın sabiq Səhiyyə Naziri, hazırda həbsdə olan Əli İnsanov 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanat yayıb.


Bəyanatı onun vəkili Toğrul Babayev redaksiyamıza təqdim edib. Bəyanatda deyilir: “Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərində 1990-cı illərdən yaxşı tanıdığım professor, layiqli ziyalı, Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəsyəkləyirəm. Səsim çatan hər kəsə gələcək fəaliyyətinə böyük ümidlər bəslədiyim, layiqli namizəd Cəmil Həsənliyə səs verməyə çağırıram və ona böyük qələbə arzulayıram”
 
Siyasi məhbus, akademik, əməkdar elm xadimi, professor Əli İnsanov
 
/Azadliq.info/


Story Code: 303790

News Link :
https://www.islamtimes.org/az/news/303790/əli-insanovdan-cəmil-həsənliyə-dəstək

Islam Times
  https://www.islamtimes.org