0
Saturday 21 September 2013 - 07:39

"Obama Ruhaniyə İrana qarşı sanksiyaları aradan qaldıracağına söz verib"

Story Code : 303791
"Obama Ruhaniyə İrana qarşı sanksiyaları aradan qaldıracağına söz verib"
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “New York Times” Obama administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, sanksiyalar İranın müvafiq öhbəliklərə əməl etdiyi və beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda qeyri-müəyyənlikdən yaxa qurtaracağı təqdirdə aradan götürülə bilər.

Obama administrasiyasındakı mənbə həmçinin qeyd edib ki, ABŞ prezidenti sanksiyaların qısa zamanda aradan qaldırılacağına dair vəd verməyib.

Obamanın məktubunun Ruhaniyə təxminən 3 həftə əvvəl çatdırıldığı bildirilir.  
Comment