0
Sunday 22 September 2013 - 21:58

Reuters-dan “dəyərli tənhalıq” analizi

Story Code : 304332
Reuters-dan “dəyərli tənhalıq” analizi
Reuters-dan “dəyərli tənhalıq” analizi
Agentliyin analizində Ankarada Suriyanın hərbi hücum çağırışları, Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə çox bel bağlaması səbəbiylə Ərdoğanın Yaxın Şərqdə tənhalaşdığıı ifadə edildi.

Nick Tattersallın xəbər analizində “dəyərli tənhalıq” terminini Xarici Siyasət müşaviri İbrahim Kalının bir tweet-lə ortaya atdığı xatırladılaraq: “Özünü “dəyərli tənhalıq” içində bilən Ərdoğan bir tərəfdən Türkiyədəki bəzi əhəmiyyətli Körfəz yatırımcıları uzaqlaşdırma, bir tərəfdən də beynəlxalq güclər və Misirin ordu dəstəkli hökuməti nəzdindəki nüfuzunu itirmə riski ilə üz-üzədir” deyildi.
Tattersall Türkiyənin uzun bir müddətdir Qərbdə demokratiya modeli olaraq mədh edildiyini və Ərəb Baharının demokratiya tərəfdarı etirazları əsnasında əhəmiyyətli bir mövqeyə gəldiyini, ancaq Ərdoğanın Suriyaya müdaxilə mövzusundakı israrlı çağırışları səbəbiylə bu həftə Vaşinqtonla Moskva diplomatik variant üzərində anlaşınca Türkiyənin kənarda qaldığını yazdı.
Xəbərdə Vaşinqton Yaxın Şərq İnstitutundan Soner Çağaptay və İstanbul İqtisadiyyat və Xarici Siyasət Araşdırmalar Mərkəzindən Sinan Ülgenin fikirlərinə də yer verildi.
Analitiklərin ortaq fikri budur: Türkiyə bütün pulunu eyni oyunçuya yatırtdı. Liviyada da, Misirdə də, Suriyada da Müsəlman Qardaşlar və ya onlarla əlaqəli qruplara dəstək verdi. Müsəlman Qardaşların müvəffəqiyyətsizliyi Türkiyəyə də zərər verdi.
Suriyada müxalifləri dəstəkləyən Türkiyə Körfəzdəki sünni ölkələrin dəstəyini ala bilərdi. Amma Misirdə hərbi rəhbərliyi İran qarşısında bir müttəfiq olaraq görən Körfəz ölkələri Türkiyənin sərt rəftarından narahat oldu.
Türkiyədə önümüzdəki iki ildə keçiriləcək seçkilərdə xarici siyasətin seçicilərin qərarında əhəmiyyətli rol oynamayacağını, ancaq ictimaiyyətdə xüsusilə Suriya böhranı nəticəsində bir şübhə meydana gəldiyi də ifadə edilən yazıda son olaraq ABŞ və Rusiyanın uzlaşması nəticəsində Türkiyənin “figuran” mövqeyinə düşdüyü ifadə edildi.
Source : Islamtimes
Comment