0
Sunday 22 September 2013 - 22:36

Başörtülü tələbəyə “imtahandan kəsərəm” təhdidi!

Story Code : 304344
Başörtülü tələbəyə “imtahandan kəsərəm” təhdidi!
Başörtülü tələbəyə “imtahandan kəsərəm” təhdidi!
Hadisə Türkiyənin tanınmış universitetlərindən olan İstanbul Yıldız Texniki Universiteti Təhsil Fakültəsində 17 sentyabrda pedaqogika dərsində baş verdi. “Xəbər 7-nin” xəbərinə görə, informatika müəllimliyi fakultəsində oxuyan Elif başörtü və qara manto geyinərək dərsə gəldi. Girdiyi dərsin müəllimi Dos. Davud H., dərs çıxışında Elifi qara manto geyərək dərsə girdiyi üçün imtahandan kəsməklə təhdid etdi.

Başörtüsü azaddır deyə yolunuzu azdınız!

Dosent Davud H. təhdidinə bu sözlərlə davam etdi: “Ya sən bu dərsə gəlmə, ya da mən səni bu dərsdən kəsərəm. Sizə başörtüsünə icazə verdik deyə şişirtməyin, başqa başıbağlı yoldaşların kimi rəngli geyin. Bu şəkildə qara manto geyinmə.”
Bu sözlərindən sonra Elif müəlliminin yanından ağlayaraq ayrıldı. Bu təhdidə məruz qalan Elif yaşadığı bu kədərli hadisəni universitet rəhbərliyə bildirdi. Rəhbərlik müəllimin əvvəllər də başqa başörtülü tələbələri sadəcə hicablı olduqları üçün dərsdən kəsəcəyi barəsində təhdid etdiyini və ən qısa zamanda bu hadisəni araşdıracaqlarını bildirdi.
Həmin müəllimin daha əvvəl də hicablılara qarşı bu şəkildə davrandığı və tələbələr kəsilməkdən çəkindikləri üçün kimsəyə şikayət etmədikləri ortaya çıxdı.
Source : Islamtimes
Comment