0
Monday 23 September 2013 - 00:46

Şamdakı kimyəvi silahların izi Adanada

Story Code : 304391
Şamdakı kimyəvi silahların izi Adanada
Şamdakı kimyəvi silahların izi Adanada
Adanada May ayının sonunda təhlükəsizlik qüvvələrinin "Əl-Qaidə" ilə əlaqəli "Əl-Nusra Cəbhəsi" üzvlərinə istiqamətli keçirilən əməliyyatda sarin qazı istehsalında istifadə ediləcək kimyəvi materialların ələ keçirilməsi hadisəsindəki ən kritik isim olan Heysam Kassab "Livva əl İslam" silahlı təşkilatın üzvü olduğunu açıqlandı. Suriyada kimyəvi silahlardan istifadə edilməsindən sonra bu təşkilatın adı hallanmağa başlandı. Belə ki, 21 Avqustda Şamda təşkil edilən kimyəvi hücumun arxasındakı təşkilat olduğundan şüphə edilir.

Adana Respublika Baş prokurorluğunun hadisə ilə əlaqədar hazırladığı iddianamədə Suriyanın Humus şəhərində doğulan Heysam Kassabın kimyəvi silah istehsalı üçün lazımlı olan vəsaitləri təmin etmək üzrə Türkiyədə geniş bir şəbəkə qurduğunu və bu şəbəkədə hətta Türkiyə dövlətinin təhlükəsizlik təşkilatlarıyla yaxın əlaqə içindəki adamların olduğu bildirilir. Türk təhlükəsizlik əməkdaşları bu əməkdaşlığın qeyri-qanuni olduğunu bilmələrinə baxmayaraq suriyalı terrorçu ilə yaxından əməkdaşlıq etmişlər.

Böyük yükdaşıma firmasıyla əməkdaşlıq

Kassab Hatayda Nasir Ərdoğan adlı bir şəxsin evinə köçüb və buradan Suriyadakı silahlı yaraqlılar tərəfindən istənilən vəsaitləri təmin edib və gizlicə Suriyaya soxmağa başlayıb.
Heysam Kassab ondan kimyəvi maddələr sifariş edildikdən sonra 2013-cü ilin Yanvar ayında Hatayın ən böyük yük daşıma firmalarından olan "CEM AY" Nakliyatın müdiri Raif Ayla təmas qurub. Suriyalı Heysam Raif Ayadan altı kimyəvi maddənin olduğu bir siyahı verərək bunları təmin edilməsini istəyib.

Kimya assistenti qohumunu xəbərdar edib
Raif Ayın əmisi oğlu Burak Ay Çukurova Universiteti Kimya fakultəsində assistentdir . Raif Ay Kassaba bu məlumatı verincə Kassab Burak Aya kimyəvi maddələrin siyahısını verib.
Ancaq söz mövzusu 6 maddənin 4-ünü bazarda satın alınaq mümkün olub və ikisi isə ancaq Maşınqayırma Kimya İnstitutu ( MKE) izni ilə hüquqi şəxislərə satılacağ ortaya çıxıb. Bu maddələr arasında istifadəsi hərbi cinayət sayılan öldürücü ağ fosfor ( P4 ) da vardı.

Minaatan top üçün xrom axtarışı

Burak Ay Raif Ayı bu mövzuda xəbərdar edib və Heysam Kassabdan uzaq durmasını deyib. Lakin iddianamədə yer alan telefon görüşməsi qeydləri Raif Ayın maddələrin ticarətinin qadağan olduğunu öyrənməsinin baxmayaraq Heysam Kassaba təmin mövzusunda kömək etməyi davam etdirdiyini göstərir.
Raif Ayın Kassabla əməkdaşlığı yalnız kimyəvi maddələr mövzusunda olmayıb. "Liva əl İslam" üzvü olan Kassab minaatan top istehsalında istifadə edilmək üzrə xrom da satın almaq istəyirdi. Raif Ay xrom satın almaq məqsədiylə Kassabla birlikdə Adanaya gedərək araşdırma da aparıb.

Reyhanlı təhlükəsizlik qüvvələrinin başındakı o adam

Diqqət çəkən əsas məqamlardan biri də Raif Ayın dövlət nəzdindəki etibarıdır. 11 Mayda Reyhanlıda yaşanan və rəsmi şərhə görə 53 adamın həyatını itirdiyi partlayışın ardından Reyhanlı'da təşkil edilən dövlət təhlükəsizlik zirvəsinə Raif Ay da qatılmışdı. Ay prokurorluğa verdiyi ifadədə bu hadisəni, "son Reyhanlı hadisəsi səbəbiylə keçiriliən dövlətin təhlükəsizlik iclasına o bölgədən qatılan tək nəqliyyatçıyam. Bu xüsusların nəzərə alınaraq azadlığa buraxılmamı tələb edirməm" sözləriylə açıqladı.
Lakin maraqlısı budur ki, bir terror hücumundan sonra dövlətin məlumat almaq üzrə təhlükəsizlik zirvəsinə çağırdığı Raif Ay özündən qadağan olunmuş maddələr istəyən və Suriyada istifadə edilmək üzrə silah istehsalı üçün lazımlı vəsaiti təmin etməsini tələb edən xarici vətəndaşın şübhəli fəaliyyətini dövlətə xəbər vermək bir yana, onunla əməkdaşlıq etməyi üstün tutub.

Səbəb isə hökumətin yaratdığı atmosferdir
Telefonla əlaqə saxladığımız Raif Ay kimyəvi maddələrin silah istehsalında istifadə olunacağını bilmədiyini və qadağan olduqlarını öyrəndiyində isə Heysam Kassabla əlaqəsini kəsməyə qərar verdiyini söylədi.

Ancaq Raif Ayın cinayət üzrə bir fəaliyyətin parçası olub dövləti xəbərdar etməməsi hadisəsi Hatayda dövlət tərəfindən yaradılan atmosferi əks etdirir. Raif Ay böyük və məşhur bir şirkətin sahibi olması sayəsində istənilən materialların Suriyaya soxulması mövzusunda geniş imkanlara sahib idi. Prokuror da "Əl-Qaidə" ilə əlaqəli təşkilatın bu imkanlardan istifadə səbəbiylə Raif Ayı seçdiyi fikirini dilə gətirdi.

Raif Ayın Heysam Kassab'a tanışlığı isə Kassabın birlikdə yaşadığı Nasir Ərdoğan tərəfindən təşkil olunduğu məlum olmuşdur. İttihamnamədə yer alan telefon danışıqlarına baxıldığında Raif Ayın Nasir Ərdoğana "şeyxim" deyə müraciət etdiyi və Nasir Ərdoğanın "Şeyx Əbu Umeyr" olaraq tanındığı aydın olur.

Raif Ay saytımıza telefonla verdiyi şərhdə Nasir Ərdoğana şeyx olaraq müraciətinin səbəbini "bölgədə çox oxumuş insanlara şeyx deyilməsi" ilə əlaqələndirdi. Şahidlərin qeyidlərində isə, Suriyadakı müxalif qüvvələrə kömək mövzusunda əllərindən gələni etdikləri aydın olur.

O təşkilat Şamda da vardı

Adanada sarin qazı yaxalanmasıyla əlaqədar ittihamnamədə ortaya çıxarılan şəbəkənin başındakı Suriya əsilli Heysam Kassab "Liva əl İslam" təşkilatıyla əlaqəli olduğunu prokurorluğa açıqlamışdır. Təşkilatın 21 Avqustda Suriyanın paytaxtı Şamın şərqindəki Guta bölgəsində yaşanan kimyəvi hücumun da arxasında olduğundan şübhə edilir.
Kassab prokurorluğa özünün məmləkəti olan Humusda fəaliyyət göstərən "Liva əl Haqq" təşkilatından Əbu Məhəmməd adlı adam tərəfindən aranaraq mina atan top düzəltmək məqsədiylə xrom boru istədiyini söylədi.

"Liva əl İslam" təşkilatının lideri Səudiyyə mənşəli Zehranin Alluşdur. Alluş Səudiyyə Ərəbistanı kəşfiyyat təşkilatının başındakı Şahzadə Bəndər bin Sultanla yaxın əlaqəsinin olduğu bildirilir.
21 Avqustdakı hücumdan sonra ilk olaraq Livanın "Əs-Səfir" qəzeti kimyəvi maddə ehtiva etdiyi düşünülən mərmilərin atıldığı bölgənin hücum anında Zehranin Alluşun qrupunun kontrolunda olduğunu yazdı. Sonradan Rusiya da öz kəşfiyyatlarının məlumatlarında mərmilərin "Liva əl İslam" təşkilatının idarəsindəki bölgədən atıldığını açıqladı.

Hansı ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) heyətinin hücumun edildiyi bölgəyə girib araşdırma etməsinə icazə verən təşkilat da "Liva əl İslam"dı .
Ancaq daha böyük dəlil , keçən həftə "Youtube"yə yüklənən bəzi videolarda ortaya çıxdı. 21 Avqust günü çəkilən görüntülərdə 15 Sentyabr günü İraq Kürdüstan Muxtariyyəti Rəhbərliyinə bağlı peşmərgələrin sərhəddə öldürdükləri 3 yaraqlının birinin cibində olan cib telefonunda tapmışdı.

Videoların birində görülən yaraqlılardan bir nəfəri əməliyyata "Soyuq Külək Əməliyyatı" adını verir. Videodakı silahlılarınn üzərində "Liva əl İslam" təşkilatının bayrağı görülür. Təşkilatın üzvləri isə qaz maskası taxmış olaraq görülür.
Source : Islamtimes
Comment