0
Monday 23 September 2013 - 12:05

Sergey Lavrov: “Rusiya Suriyaya kiçik hərbi qüvvə göndərə bilər”

Story Code : 304498
Sergey Lavrov: “Rusiya Suriyaya kiçik hərbi qüvvə göndərə bilər”
“Suriyada kimyəvi silahların nəzarət altına alınması və məhv edilməsi üçün fəaliyyət göstərəcək BMT ekspertlərinin təhlükəsizliyi üçün bölgəyə kiçik həcmdə hərbi qüvvə göndərə bilərik. Türkiyə və ərəb ölkələrinin təmsilçiləri də həmin hərbi qüvvələrin tərkibində ola bilər”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, ekspertlərin fəaliyyət göstərəcəyi bölgələrdə təhlükəsizliyi təmin edəcək qüvvələrin olması vacibdir: “Bizim əsgərlərimiz və polisimiz belə bir tapşırığa hazırdır. Biz, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Türkiyə və ərəb ölkələrindən müşahidəçi qüvvələr təşkil edə bilərik. Burada olan xarici qüvvələrin bütün tərəflərlə dialoq vəziyyətində olması çox önəmlidir. Təxribat ənənə və alışqanlıq halına gəlməməlidir”.      
 
Rusiya XİN başçısı Suriya tərəfinin ölkədə olan beynəlxalq mütəxəssislərin təhlükəsizliyinə əsas cavabdeh olduğunu da bildirib.
Comment