0
Monday 23 September 2013 - 16:21

Britaniyalı fəallar İsrail mallarının baykot edilməsini tələb ediblər

Story Code : 304629
Britaniyalı fəallar İsrail mallarının baykot edilməsini tələb ediblər
Britaniyalı fəallar İsrail mallarının baykot edilməsini tələb ediblər
Cümə günü Fələstin Həmrəylik Kompaniyasının veb səhifəsində yayılan məlumata əsasən kompaniya üzvləri 28 sentyabr tarixində İsrailin qeyri qanuni saldığı ərazilərdə istehsal edilən malların satışının baykot edilməsi çağırışı ilə böyük etiraz yürüşləri təşkil edəcəklər.

Etiraz nümayişləri əsasən London, Briton, Kardif, Vest Surrey, Lançaster, Sausampton, Playmaus, Kendal və Şefilddə təşkil ediləcək.

İsrailin işğal edilmiş Fələstin ərazisində qeyri qanuni olaraq saldığı məskunlaşma ərazilərində fəaliyyət göstərən və karbonlaşdırılmış su aparatı istehsal edən İsrail şirkətlərindən biri də “SodaStream” kompaniyasıdır.

Hələ may ayının əvvəllərində Baykot və Sanksiyalar qrupunun üzvü olan britaniyalı fəallar Britaniyanın ən böyük marketlər şəbəkəsi olan “Whole Foods” və “John Lewis” qarşısında toplaşaraq “SodaStream” mallarının satılmasına öz etirazlarını bildirmişdilər.

2012-ci ilin aprel ayından etibarən Britaniyanın beşinci ən böyük ərzaq ticarətçisi olan Birləşmiş Qrup Fələstinin işğal edilmiş ərazilərində istehsal edilən İsrail mallarını baykot etməklə Britaniyada İsrail rejiminə qarşı böyük bir baykot kompaniyasının başlanğıcını qoydu.
Source : Islamtimes
Comment