0
Tuesday 24 September 2013 - 00:06

İsrail generalı: Hizbullah raket texnikası gücünə görə dünyada səkkizinci yerdə durur

Story Code : 304764
İsrail generalı: Hizbullah raket texnikası gücünə görə dünyada səkkizinci yerdə durur
İsrail generalı: Hizbullah raket texnikası gücünə görə dünyada səkkizinci yerdə durur
İsrailin Şimal Korpusunun Komandiri general mayor Noam Tayfun açıqlamasında Hizbullahın raket texnikasının xeyli dərəcədə inkişaf edərək dünyada səkkizinci yerdə durduğunu demiş və bu səbədən də İsrailin dərin narahatçılığımı etiraf etmişdir.

Tayfon öz çıxışı zamanı Hizbullahın malik olduğu minaatan topları da daxil olmaqla raketlərin sayının xeyli artıdığını demişdir.

O deyib: “Hizbullah baş verəcək müharibə zamanı İsraili təmamilə dağıtmaq istəyir. İsrail bu cür texnika qarşısında cəmi bir neçə gün və yaxud həftə tab gətirə bilər.”

İsrail ordusunun istənilən müharibəyə hazır olduğunu deməsinə baxmayaraq Tayfun həmçinin qeyd edərək bildirib ki, bu missiya çox mürəkkəb olacaq, çünki İsrail əsgərlərinin Livanda döyüş təcrübəsi yoxdur.

Şimal Korpusunun Komandiri deyib: “Hizbullah güclü təşkilatdır və xeyli inkişaf etmiş texnalogiyaya çıxış əldə edib. Bu səbəbdən də o təhlükəli düşməndir.”

İsrail ordusunun texnalogiya və loqistika üzrə bölməsinin rəhbəri general mayor Kobi Barak isə öz növbəsində deyib ki, Hizbullah işğal edilmiş Fələstin ərazisində yerləşən elektrik stanisyası və Tel Əviv və yaxud Ben Gurion hava limanında yerləşən müdafiə kompleksləri də daxil olmaqla istənilən hədəfi çox dəqiqlik ilə vura biləcək yüksək inkişaf etmiş raket sistemlərinə malikdir.
Source : Islamtimes
Comment