QR CodeQR Code

İranla "altılıq" ölkələri arasında növbəti nüvə danışıqları

24 Sep 2013 11:07

IslamTimes - Sentyabrın 23-də İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, tərəflər arasında görüş Nyu-York şəhərində, BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutub.

M. Zərif bildirib ki, görüşdə sentyabrın 26-da Nyu-Yorkda İranla “altılıq” ölkələrinin xarici işlər nazirləri arasında nüvə müzakirələrini davam etdirmək barədə razılıq əldə olunub: “Bu yığıncaqdan sonra oktyabr ayında Cenevrədə müzakirələr davam edəcək”.
 
İran XİN rəhbəri görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər barədə də fikir mübadiləsi aparıldığını deyib.

Öz növbəsində K. Eşton görüşün konstruktiv keçdiyini vurğulayıb.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ikitərəfli görüşün keçirilməsi ilə bağlı razılaşma sentyabrın 6-da K.Eşton və M.Zərif arasında baş tutmuş telefon danışığı zamanı əldə olunub.


Story Code: 304846

News Link :
https://www.islamtimes.org/az/news/304846/iranla-altılıq-ölkələri-arasında-növbəti-nüvə-danışıqları

Islam Times
  https://www.islamtimes.org