0
Wednesday 25 September 2013 - 18:20

İran nüvə probleminə dair danışıqlara dərhal başlamağa hazırdır

Story Code : 305183
İran nüvə probleminə dair danışıqlara dərhal başlamağa hazırdır
APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasının sessiyasında ilk çıxışı zamanı İran prezidenti Həsən Ruhani bəyan edib.   
 
Ruhani qeyd edib ki, İran müəyyən vaxt çərçivəsində qarşılıqlı etimadın qurulması və qeyri-müəyyənliklərin aradan qaldırılması üçün səmərəli danışıqların başlanmasına hazırdır.  

“Bizim milli maraqlarımız İranın sülh məqsədli nüvə proqramına dair olan bütün real təlaşların    aradan qaldırılmasını tələb edir”, deyə Ruhani qeyd edib.  
 
Prezident bir daha bildirib ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur. 
Comment