QR CodeQR Code

Bakıda fiziklərin beynəlxalq konfransı

9 Jul 2010 10:44

İslamTimes - Sentyabr ayında Bakıda fiziklərin beynəlxalq konfransı keçiriləcək. «Yarımkeçirici birləşmələr» mövzusunda təşkil ediləcək tədbirə dünya şöhrətli alimlər qatılacaq.


Konfransda bu sahədə elmi yenilikləri və digər məsələlər müzakirə ediləcək. Hazırda fiziklərimiz dünyanın müxtəlif ölkələrində - İtalya, Fransa, Meksika, Birləşmiş Ştatlar, Yaponiya və Türkiyənin elmi mərkəzlərində uğurla fəaliyyət göstərirlər. Elmi əməkdaşlıgın bariz nümunəsi kimi bu yaxınlarda Bakıda Türkiyə və Azərbaycan alimlərinin iştiraki ilə keçirilən konfransı göstərmək olar. Dünyanın ən böyük nüvə tədqiqatları mərkəzlərində azərbaycanlı alimlər çalışır. Bu isə Azərbaycan elminin inkişafından xəbər verir. Hazırda institutda ondan çox qrant layihəsi üzrə iş aparılır. Bu isə alimlər üçün əlavə stimul deməkdir. /Lider/


Story Code: 30545

News Link :
https://www.islamtimes.org/az/news/30545/bakıda-fiziklərin-beynəlxalq-konfransı

Islam Times
  https://www.islamtimes.org