QR CodeQR Code

Amerikalı “Taliban”a silah satmaq ittihamı ilə 25 il həbs cəzası aldı

Deyerler , 26 Sep 2013 14:24

IslamTimes - ABŞ vətəndaşı olan Alvar Puriyan “Taliban” hərəkatına silah, o cümlədən zenit-raket kompleksləri satmağa cəhd etməkdə ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib.


ABŞ vətəndaşı olan Alvar Puriyan “Taliban” hərəkatına silah, o cümlədən zenit-raket kompleksləri satmağa cəhd etməkdə ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib, Puriyan haqqında məhkəmə hökmü Nyu-York Federal Məhkəməsi tərəfindən çıxarılıb, - “BBC”.
 
Puriyan İranda inqilabdan sonra bu ölkəyə qaçıb və burada sığınacaq alıb. İraq müharibəsi zamanında o, müqavilə əsasənda ABŞ ordusununda tərcüməçi kimi çalışıb.
 
2010-cu ildən bəri o, “Taliban” hərəkatı ilə əlaqəyə girərək bu qruplaşmaya külli miqdarda silah-sursatların satılması ilə bağlı danışıqlar aparıb. Bu danışıqlar Afrika ölkələrində, həmçinin Ukrayna və Rumıniyada da aparılıb. Puriyan məhkəmənin ona qarşı irəli sürdüyü ittihamı qəbul etməyib. O əksinə iddia edib ki, guya Amerika hakimiyyətini bu barədə xəbərdar etməyə çalışıb. Puriyanla birlikdə həbs edilən altı nəfər arasında üçü İsrail rejimindən gəlmə olub.


Story Code: 305571

News Link :
https://www.islamtimes.org/az/news/305571/amerikalı-taliban-a-silah-satmaq-ittihamı-ilə-25-il-həbs-cəzası-aldı

Islam Times
  https://www.islamtimes.org