QR CodeQR Code

İran prezidenti spirtli içki səbəbindən BMT-nin təşkil etdiyi yemək məclisinə qatılmayıb

Islamtimes , 25 Sep 2013 15:25

Islamtimes - İran prezidenti Həsən Ruhani yemək süfrəsində spritli içkilər olması səbəbindən BMT baş katibi Ban Ki-mun tərəfindən təşkil edilmiş yemək məclisinə qatılmaqdan imtina edib.


Bu haqda məlumatı Nyu Yorka BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün gedən İran prezidenti Həsən Ruhanini müşayiət edən İran rəsmiləri elan ediblər.

Artıq yemək zamanı İran prezidenti və onun amerikalı tərəf müqabili Barak Obama ilə görüşünün baş tutacağı haqqında şayiələr gəzirdi.

İran xarici işlər nazirinin sözçüsü Mərziyə Əfğam çərşənbə axşamı günü deyib ki, İran ABŞ prezidenti ilə görüşün marağında deyil, ancaq öz maraqlarını təmin etmək üçün xüsusi struktura malikdir.
O əlavə edərək deyib ki, görüş münasib şərait zamanı baş verə bilər, ancaq hələ ki, bu münasib şərait yaranmayıb.

Ağ Ev hələ ki, BMT Baş Assambleyası çərçivəsində iki liderin görüşüməsi məsələsini qeyri mümkün hesab etməyib.

19 Sentyabr tarixində Ağ Ev sözçüsü Cey Karney Obama və Ruhaninin Nyu Yorkda görüşlərinin baş tutmasının mümkünlüyü haqqında danışmışdır.


Story Code: 305671

News Link :
https://www.islamtimes.org/az/news/305671/iran-prezidenti-spirtli-içki-səbəbindən-bmt-nin-təşkil-etdiyi-yemək-məclisinə-qatılmayıb

Islam Times
  https://www.islamtimes.org