QR CodeQR Code

İranın XİN rəhbəri söz verdi

27 Sep 2013 09:53

IslamTimes - İranın XİN rəhbəri Cavad Zərif ölkəsinin nüvə proqramının sülh xarakterli olduğunu sübut edəcəyinə söz verib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cavad Zərif həmçinin birtərəfli qaydada qəbul edilən və BMT tərəfindən tətbiq olunan sanksiyaların ləğv edilməsinin vacibliyini də qeyd edib.   
 
“İranın nüvə proqramı sülh proqramından başqa bir şey deyil və biz bunu dünya ictimaiyyətinə sübut edəcəyik”, deyə Zərif jurnalistlərə bildirib. Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan sanksiyalar qeyri səmərəlidir və danışıqlar prosesində irəliləyiş əldə olunduqca onlar ləğv olunmalıdır.   
 
Qeyd edək ki,  Cavad Zəriflə görüşdə “altılıq” ölkələrinin (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) XİN rəhbərləri  iştirak edib. Danışıqlar oktyabrın 15-16-da Cenevrədə davam etdiriləcək.
 
Danışıqlardan öncə İranın XİN rəhbəri ABŞ dövlət katibi Con Kerri ilə təkbətək görüş keçirib.
 
“Biz bu prosesi irəlilətməyə və nüvə proqramı ilə bağlı suallara cavab tapmağa dair razılaşma əldə etdik”, deyə Kerri qeyd edib. Onun sözlərinə görə, cavabları almaq üçün bir görüş kifayət etmir və görüləcək işlər hələ çoxdur.  
 
“Biz cavabların tapılacağına çox ümid edirik”, deyə Kerri vurğulayıb.


Story Code: 305856

News Link :
https://www.islamtimes.org/az/news/305856/iranın-xin-rəhbəri-söz-verdi

Islam Times
  https://www.islamtimes.org