0
Friday 27 September 2013 - 18:00

Ketrin Eşton: “İran və “altılıq” ölkələri arasında görüş müsbət olub”

Story Code : 306037
Ketrin Eşton: “İran və “altılıq” ölkələri arasında görüş müsbət olub”
APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton açıqlama verib. 

Onun sözlərinə görə, sentyabrın 27-də Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahında İran və “altılıq” ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş nüvə müzakirələri konstruktiv və müsbət olub
 
K.Eşton deyib ki, yarım saat davam edən görüşdə tərəflər arasında bir nəticənin əldə olunması üçün bir təqvim müəyyənləşdirilib: “Məsələnin həlli üçün 12 aylıq bir müddət müəyyənləşdirildi”.
Comment