0
Saturday 28 September 2013 - 10:09

Obama Ruhaniyə zəng etdi

Story Code : 306155
Obama Ruhaniyə zəng etdi
Deyerler.org-un “PressTV”yə istinadən verdiyi xəbərə görə, telefon danışığı ABŞ prezidenti Barak Obamanın zəngi əsasında baş tutub. Tərəflər əsasən İranın nüvə proqramı və eləcə də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyasının yekunları ətrafında müzakirələr aparıblar.

Məlumata görə, İran prezidenti Həsən Ruhani Tehrana qayıtmaq üçün Nyu-Yorkun con F.Kennedi Beynəlxalq Hava Limanında avtomobildə olarkən Barak Obama ona zəng edib.
 
İki ölkə başçısı Tehran və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı problemi həll etməsi üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayıb. Tərəflər eyni zamanda bir sıra mövzular ətrafında, həmçinin müxtəlif regional məsələlərlə bağlı əməkdaşlıq edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
 
Telefon danışığı zamanı Ruhani və Obama iki ölkənin xarici işlər nazirləri – Muhəmməd Zərif Cavad və Con Kerrini bu ölkələr arasında əməkdaşlıq üçün əsasları yaratmaq barədə səlahiyyətləndirdiklərini də vurğulayıblar. 
 
Qeyd edək ki, ABŞ və İran prezidentləri arasında bu telefon danışğı 1979-ci il İran İnqilabından sonra ilk birbaşa əlaqədir. Bundan öncəki gün İran və ABŞ xarici işlər nazirlərinin də görüşü olub. /Deyerler/
Comment