QR CodeQR Code

Obama Həsən Ruhani ilə telefon danışığına dair açıqlama verdi

28 Sep 2013 10:40

IslamTimes - ABŞ prezidenti Barak Obama Ağ Evdə jurnalistlərə ötən gün onun təşəbbüsü ilə İran prezidenti Həsən Ruhani ilə baş tutan telefon danışığı barədə açıqlama verib.


Deyerler.org-un “İRNA”ya istinadən verdiyi xəbərə görə, Obama bildirib ki, İran prezidenti Həsən Ruhani ilə telefon danışığı İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliyə getmək imkanını göstərdi.
 
“Elə bu anlarda mən İran prezidenti Həsən Ruhani ilə telefonla danışdım. Biz əsasən İranın nüvə proqramı ilə bağlı razılığa gəlinməsi istiqamətində səylərimizi müzakirə etdik. Mən Nyu-Yorkda Baş Assambleyada çıxışım zamanı söylədiklərimi bir daha Həsən Ruhaniyə təsdiqlədim. Sözsüz ki, qabaqda yenə maneələr olacaq və tam uğura hələ də təminat verilməyib, lakin, hesab edirəm ki, biz bütün tərəfləri razı salan anlaşma əldə edə bilərik”, - deyə Obama bildirib.

Ağ Ev rəhbəri bir daha bəyan edib ki, onlar İranın dinc nüvə hüququna hörmətlə yanaşırlar. “Mən bir daha telefon danışığında bəyan etdim ki, biz, İran xalqının dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququnu tanıyırıq. İranın ali dini lideri nüvə silahlarına qarşı fətva verib. Prezident də bildirib ki, İran heç bir zaman nüvə silahları istehsal etməyəcək. Belə olduqda, geriyə qalan yalnız şəffavlıq və görülən işlərlə bağlı aydınlığın olmasıdır. Bu şəffavlıq sonra İrana qarşı tətbiq edilmiş sanksiyaların da aradan qaldırılması ilə nəticələnəcək”, - deyə Obama vurğulayıb.
 
Baş tutan telefon danışığının 1979-cu ildən bəri ilk belə təmas olduğunu da xatırladaq Obama, iki ölkə arasında dərin etimadsızlığın olduğunu, lakin, bu çətin tarixin qarşısına keçə biləcəklərinə də ümidli olduqlarını vurğulayıb. /Deyerler/


Story Code: 306164

News Link :
https://www.islamtimes.org/az/news/306164/obama-həsən-ruhani-ilə-telefon-danışığına-dair-açıqlama-verdi

Islam Times
  https://www.islamtimes.org