QR CodeQR Code

Lavrov: ABŞ-ın Əsədi ittiham etməyə haqqı yoxdur

Islamtimes , 28 Sep 2013 00:38

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov cümə günü qərb dövlətlərini Suriya prezidenti Bəşər Əsədi heç bir dəlil olmadan kimyəvi silahdan hücum haqqında ittiham erdiklərinə görə tənqid edib.


Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı deyib: “Kimyəvi silahdan istifadə yol verilməzdir. Ancaq bu heç kəsə digər dövləti ittiham etmək hüququ vermir. ”

ABŞ, Britaniya və Fransa Əsəd ordusunu 21 avqust tarixində Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə etməkdə ittiham ediblər. Ancaq Rusiya Əsədin tərəfindən çıxış edərək kimyəvi silahdan hücumda xaricdən dəstək alan üsyançıları ittiham ediblər.

ABŞ və Rusiya Suriya kimyəvi silahların məhv edilməsi haqqında qətnamənin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi haqqında razılığa gəliblər. Ancaq Lavrovun açıqlaması Rusiyanın Suriya mövqeyində heç bir dəyişiklyin olmadığını göstərib.

Lavrov assambleyadakı çıxışında deyib: “Suriyada kimyəvi silahdan hücum ilə yanaşı baş verən bütün hadisələr peşəkar və obyektiv insanlar tərəfindən dəqiq araşdırılmalıdır.”

O əlavə edərək deyib ki, ittihamlar daha sonra BMT Təhlükəsizlik Şurası tərəfindən ittiham və güman kimi yox fakt və dəlillərə əsaslanan sübutlar əsasında yoxlanılmalıdır.

Lavrov deyib ki, dünya dövlətləri liderlərinin Yaxın Şərq regionunda öz maraqlarını təmin etmək xatirinə hərbi gücdən istifadə etmək haqqında çıxışları həyacan verici siqnaldır.

Rusiyalı nazir ABŞ-ın adını çəkməsə də, ABŞ prezidenti Barak Obama çərşənbə axşamı günü deyib ki, o Yaxın Şərqdə ABŞ-ın maraqlarını qorumaq üçün hər an hərbi müdaxilə haqqında əmr verməyə hazırdır.


Story Code: 306391

News Link :
https://www.islamtimes.org/az/news/306391/lavrov-abş-ın-əsədi-ittiham-etməyə-haqqı-yoxdur

Islam Times
  https://www.islamtimes.org