QR CodeQR Code

Seyyid Həsən Nəsrullahın qətlinə səsləyib

Islamtimes , 28 Sep 2013 14:43

Islamtimes - Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd əl Xəlifə öz Tvitter səhifəsində açıq şəkildə Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahın qətlə yetirilməsinə səsləmiş və bunu həm milli, həm də dini vəzifə adlandırmışdır.


Bütün beynəlxalq normaların əksinə olaraq Ali Xəlifənin xarici işlər naziri deyib ki, Seyyid Nəsrullah terroristdir və onun xalqına qarşı müharibə elan edib.

Nazir bu açıqlamanı Seyyid Nəsrullah sonuncu çıxışı zamanı Suriya və Bəhreyndəki vəziyyət də daxil olmaqla bir neçə məsələyə toxunduqdan sonra etmişdir.

Keçən bazar ertəsi günü əl Manar televiziyası vasitəsilə çıxış edən Seyyid Həsən Nəsrullah Bəhreyn inqilabını alqışlamış və Səudiyyə Ərəbistanından açıq şəkildə dəstək alan və dinc, demokratiya yönümlü nümayişçilərə qarşı zorakılıq həyata keçirən Ali Xəlifə monarxiyasını tənqid etmişdir.

Müşahidəçilər hesab edirlər ki, Bəhreyn hökuməti işğalçı İsrail rejiminə qarşı mübarizə aparan Livanın müqavimət partiyası Hizbullahı ittiham etmək əvəzinə ilk öncə etirazçıların tələblərini yerinə yetirməli və xalqın şəraitini yaxşılaşdırmalıdır.


Story Code: 306568

News Link :
https://www.islamtimes.org/az/news/306568/seyyid-həsən-nəsrullahın-qətlinə-səsləyib

Islam Times
  https://www.islamtimes.org