0
Sunday 29 September 2013 - 00:54

Lavrov: Suriyalı üsyançılar kimyəvi silahlara sahibdirlər

Story Code : 306685
Lavrov: Suriyalı üsyançılar kimyəvi silahlara sahibdirlər
Lavrov: Suriyalı üsyançılar kimyəvi silahlara sahibdirlər
Şənbə günü Rusiyanın birinci kanalına müsahibə verən Lavrov deyib ki, üsyançıların kimyəvi silahdan istifadə haqqında telefon müzakirələri ələ keçirilib.

O deyib ki, o suriyalı üsyançıları dəstəkləyən ABŞ və digər ölkələrə müraciət edərək dəstəklədikləri şəxslərdən kimyəvi silahdan istifadədən uzaq durmağa çağırmasını məsləhət görüb.

Lavrov deyib ki, Rusiya BMT-yə üsyançıların Suriyada kimyəvi silahdan istifadədə əllərinin olması haqqında sübutları təqdim edib.

Nazir bu açıqlamanı BMT Təhlükəsizlik Şurasının yekdilliklə Suriyanın kimyəvi silahların məhvi haqqında qətnaməyə səs verdikdən bir gün sonra etdi.

16 Sentyabr tarixində BMT müfəttişlərinin dərc etdiyi hesabatda 21 avqust tarixində Suriya paytaxtı yaxınlığında sarin qazından istifadə edilməsini təsdiqləyiblər. Ancaq BMT tədqiqat qrupu heç bir tərəfi bu hücumda günahkar kimi təqdim etməyib.

ABŞ avqust ayının sonlarından etibarən Suriya daxilində fəaliyyət göstərən üsyançılar və xaricdən dəstək alan Suriya müxalifəti Dəməşqi kimyəvi silahdan istifadədə ittiham etdikdən sonra Suriyaya qarşı müharibə təhdidləri etməyə başladı.

Dəməşq isə öz növbəsində bu ittihamları kəskin şəkildə rədd etmiş və demişdir ki, bu hücum Suriyaya xarici müdaxiləni təşkil etmək üçün xaricdən dəstək alan üsyançılar tərəfindən həyata keçirilib.
Source : Islamtimes
Comment