QR CodeQR Code

Suriyalı nazir: Obama Ruhanidən nümunə götürməlidir

Islamtimes , 29 Sep 2013 00:59

İslamtimes - Suriya xarici işlər naziri Vəlid əl Muəllim şənbə günü bəyan edərək bildirib ki, ABŞ prezidenti Barak Obama öz iranlı tərəf müqabili Həsən Ruhanidən nümunə və uzaqgörənlik dərsi götürməlidir.


Əl Muəllim bu açıqlamanı İran xarici işlər naziri Muhəmməd Cavad Zərif ilə görüşündən sonra İRNA xəbər agentliyinə bəyan edib.

Prezident Ruhani və prezident Obama cümə günü İran prezidenti Tehrana geri dönmək üçün Kennedi adına hava limanına getməmişdən bir neçə dəqiqə öncə telefon danışıqı aparıblar.

Bu keçən 34 il ərzində beynəlxalq ictimaiyyətin marağına səbəb olmuş İran və ABŞ prezidentləri arasında baş verən ilk birbaşa danışıqdır.


Story Code: 306688

News Link :
https://www.islamtimes.org/az/news/306688/suriyalı-nazir-obama-ruhanidən-nümunə-götürməlidir

Islam Times
  https://www.islamtimes.org