0
Monday 30 September 2013 - 10:47

İran 2 pilotsuz təyyarəsinin təqdimatını keçirib

Story Code : 306749
İran 2 pilotsuz təyyarəsinin təqdimatını keçirib
“Yəsir” adlanan pilotsuz təyyarə 5 km yüksəklikdə uçmaq, 8 saat havada qalmaq, həmçinin 200 kilometr məsafə qət edə bilmək qabiliyyətlərinə malikdir. Yerli mütəxəssislərin kəşfiyyat işlərində istifadə olunması üçün dizayn etdiyi təyyarənin uçuş-enmə zolağına ehtiyac yoxdur, yüngül, güclü və modern kameralara sahibdir, həmçinin hədəfə dəqiqliklə nəzarət edə bilir. “Yəsir”dən yardım, döyüş əməliyyatları, eləcə də nəqliyyatın hərəkətinin nizamlanmasında istifadə də edilə bilər.

Bundan başqa, İran daha bir pilotsuz təyyarəsinin təqdimatını keçirib. İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general Məhəmməd Əli Cəfərinin iştirak etdiyi tədbirdə “Şahid 129” adlı yerli pilotsuz təyyarənin sərhədləri müşahidə etməkdə, həmçinin quldurlar və hər cür hallarla mübarizədə təsirli olduğu bildirilib. Təyyarə raketlər daşımaq və hansısa ərazini bombardman etmək xüsusiyyətinə malik olmaqla indiyədək İran istehsalı olan ən strateji təyyarə sayılır. M.Cəfəri ABŞ-ın “RQ 170” modelli pilotsuz təyyarəsində mühəndislik və elmi işlərin sona çatdığını, iranlı elm adamlarının onu bəzi hissələrini hazırlayaraq istehsal etdiklərini deyərək, yaxın gələcəkdə İran istehsalı “RQ 170” modelli pilotsuz təyyarə ilə bağlı müsbət xəbərlər verəcəklərini vurğulayıb.
Comment