0
Monday 30 September 2013 - 11:21

“Cinayətlərin faşist Almaniyası tərəfindən və ya Fələstində işlənməsi arasında fərq yoxdur”

Story Code : 306770
“Cinayətlərin faşist Almaniyası tərəfindən və ya Fələstində işlənməsi arasında fərq yoxdur”
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ABC telekanalının canlı yayımlanan və böyük tamaşaçı kütləsinə sahib olan “Bu həftə Stefano Pulusla” proqramında  bildirib.
 
Məhəmməd Cavad Zərif İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını deyərək, bunun tərəflərin razılaşması üçün də yaxşı bir atmosfer yaratdığını vurğulayıb: “İran illər öncə Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) öz istəyi ilə qoşulması da etimad yaradan bir cəhddir. Rəsmi Tehran ABŞ-ın İranın nüvə enerjisindən yararlanmaq haqqını rəsmi şəkildə tanımağa hazır olduğunu və ona hörmət göstərməyi qəbul etdiyini gördüyü zaman tərəflər arasında razılığın əldə olunması şansının da artacağı qətidir. İran hökuməti bu mövzuda ölkənin ali dini liderinin tam  dəstəyinə və təsdiqinə də malikdir”.
 
İran XİN rəhbəri II Dünya müharibəsində baş vermiş yəhudi soyqırımına da toxunub: “İran rəhbərliyi və səlahiyyətli şəxsləri dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, günahsız insanların öldürülməsini qınayırlar. Bu cinayətlərin faşist Almaniyası tərəfindən və ya Fələstində işlənməsi arasında da bir fərq görmürük”.
 
Məhəmməd Cavad Zərif  İsrailin baş naziri Benyamin Netanyahunun 1990-cı ildən bəri İranın nüvə  silahı istehsal etməsinə 6 ay qaldığı istiqamətində hər gün çıxış etdiyini, ancaq rəsmi Tehranın nə 6 ay, nə də 6 il sonrasında belə bir proqramı olmadığını vurğulayıb: “İranın heç bir zaman belə bir proqramı olmayacaq”.
Comment