0
Wednesday 2 October 2013 - 23:13

4 mindən çox İngilis ziyalısı İsrailə qarşı sanksiya tətbiq edilməsini tələb edib

Story Code : 307666
4 mindən çox İngilis ziyalısı İsrailə qarşı sanksiya tətbiq edilməsini tələb edib
4 mindən çox İngilis ziyalısı İsrailə qarşı sanksiya tətbiq edilməsini tələb edib
Britaniyanın “Guardian” qəzetində dərc edilən məktubda deyilir: “Bugün BMT İnsan Haqqları Günü münasibəti ilə hökumətimizdən İsrail tərəfindən saxlanılan fələstinli uşaq məhbusların sərbəst buraxılması üçün addım atmasını tələb edən və 4883 nəfər tərəfindən imzalanan petisiyanı ictimaiyyətə təqdim edəcəyik.”

Onlar deyiblər: “İsrail hökuməti beynəxalq qanunlara əməl etməkdən boyun qaçırmağa davam etdiyi bir müddətdə biz hökumətimizdən buna qarşı bir tədbir görməsini tələb edirik.

Bizim hökumət İsrailə qarşı sanksiyalar da daxil olmaqla sakit oturub Fələstin xalqına qarşı baş verənləri səyr etmək əvəzinə cəsarət nümayiş etdirərək lazımi tədbirləri görməlidir.”

“Fələstin Naminə” adlanan məktubda İsrail hğkumətindən aşağıdakı tələbləri yerinə yetirmək tələb edilir:
1) İsrail gecə reydlərinə və uşaqları həbs etməyə son qoymalı; 2) Bütün dindirmələrin audio-video yazıları; 3) Uşaqları dindirməzdən əvvəl vəkil ilə təmin etmək və valideynlərin dindirmədə iştirakını təmin etmək; 4) Uşaqları İsrail daxilində olan həbsxanalarda birindən digərinə köçürməyi dayandırmaq.

Beynəlxalq Uşaq Müdafiə təşkilatının Fələstin Bölməsinin veridyi məlumata əsasən bu ilin iyul ayı ərzində İsrail işğalçı qüvvələri 195 nəfər fələstinli uşağı həbs etmiş və halhazırda işləri məhkəmədədir.

Yaşıllar Partiyasının parlamentdəki nümayəndəsi Karolin Lukas və əsas müxalifət partiyası olan Leyborist Partiyasının bəzi üzvləri də daxil olmaqla İngiltərə parlamentinin bir sıra üzvləri də həmçinin məktubu imzalayıblar.

Britaniyanın ən böyük ticarət birliyi olan UNİSON-nu hazırki və sabiq liderləri Dave Prentis və Rodney Bikerstaf və dəniz və dəmir yolu işçiləri birliyinin sədri Bob Krou da həmçinin İsrail rejimindən Fələstinli uşaqlara qarşı zorakılığı dayandırmasını tələb edən məktubu imzalayıblar.
Source : Islamtimes
Comment