0
Friday 4 October 2013 - 02:54

“Rəsmi Tehran İsrailə İranın nüvə məsələsinə qarışmağa izn verməyəcək”

Story Code : 307995
“Rəsmi Tehran İsrailə İranın nüvə məsələsinə qarışmağa izn verməyəcək”
APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, Tel-Əviv və müharibə tərəfdarlarının əsl məqsədi İranla “altılıq” ölkələri arasında uyğunlaşma və razılaşmanın təmin edilməsinə maneə törətməkdir: “İran xalqı öz hüquqları ilə bağlı müqavimətini davam etdirəcək. İran xalqının qüruru və ləyaqətinə istiqamətli hər cür cəhdə lazımi cavab veriləcək. Diplomatiya əxlaqı sahəsində də İran xalqına layiq bir davranış nümayiş etdiriləcək”.
 
M.C.Zərif həmçinin deyib ki, İranın nüvə məsələsi həll edilsə, digər anlaşılmazlıqlar da aradan qaldırıla bilər: “Biz ABŞ başda olmaqla “altılıq” ölkələrinin İranın nüvə məsələsini bir an əvvəl həll etmək meyllərini müsbət qarşılayırıq. İran rəhbərliyi də nüvə məsələsinin tezliklə nizamlanması üçün tam hazır vəziyyətdədir”.
 
Eyni zamanda İran XİN rəhbəri vurğulayıb ki, rəsmi Tehran Suriya böhranı ilə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan növbəti konfransa dəvət edilməlidir: “Biz Suriyanın kimyəvi silahları ilə bağlı məsələni həll etməyə yardımçı olmağa hazırıq”.
Comment