QR CodeQR Code

“ABŞ İsrailə yardımları məhdudlaşdıra bilər”

4 Oct 2013 03:05

IslamTimes - ABŞ büdcəsiz qaldığına görə İsrail rejiminə və digər dövlətlərə hərbi yardımlarını məhdudlaşdıra bilər.


Bu barədə ABŞ ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf bildirib, - “BBC”.
 
“ABŞ-ın hökumət qurumlarının fəaliyyətinin dayandırılması və bunun nə qədər davam etməsindən asılı olaraq İsrailə və digər müttəfiqlərimizə hərbi yardımlar məhdudlaşdırıla bilər”, - deyə Mari Harf bildirib.
 
ABŞ prezidenti Barak Obamanın adminstrasiyası Konqresdən 2014-cü maliyyə ili üçün İsrail rejiminə hərbi yardımlar məqsədilə 3,1 milyard dollar istəyib. 2007-ci ildə tərəflər arasında imzalanmış müqaviləyə görə, Birləmiş Ştatlar rejimə 20 il ərzində 30 milyard dollarlıq yardım etməlidir.
 
/Deyerler/


Story Code: 307999

News Link :
https://www.islamtimes.org/az/news/307999/abş-israilə-yardımları-məhdudlaşdıra-bilər

Islam Times
  https://www.islamtimes.org