QR CodeQR Code

Qəbələdə müsavatçı həbs edildi

Musavat , 4 Oct 2013 13:21

Islamtimes - İcra başçısı və müavini müxalifətçilərə seçki məntəqələrinə gəlməmək üçün təzyiq edir .


Seçki günü yaxınlaşdıqca bölgələrdə müxalifətçilərin yerli hakimiyyət orqanları tərəfindən sıxışdırıldığı, həbs edildiyi barədə xəbərlər gəlməkdədir. Oktyabrın 4-də səhər saatlarında Qəbələ rayonunun Mıxlı Qovaq kəndində Müsavat Partiyasının özək sədri İmran İsmayılov polis tərəfindən həbs edilib. Bu barədə Müsavat Partiyasının Qəbələ rayon təşkilatından verilən xəbərdə deyilir ki, İmran İsmayılovu oktyabrın 3-də prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğat bukletlərini payladığı üçün həbs ediblər. Oktyabrın 4-də buklet paylamasının qarşısını almaq üçün onu saxlayıblar. İmran İsmayılov rayonun icra başçısının müavini Zülfüqar Cəfərovun onu hədələməsindən sonra həbs edilib.


Qəbələ rayonunda 117 saylı seçki dairəsinin 38 saylı seçki məntəqə seçki komissiyasında prezidentliyə namizəd Cəmil Həsənlinin təqdim etdiyi məşvərətçi səs hüquqlu komissiya üzvü Ağamir Ağayevi isə rayonun icra başçısı hədələyib. İcra başçısı məşvərətçi səs hüquqlu komissiya üzvünə seçki günü seçki məntəqəsinə gəlməmək, həmin ərazidə görünməmək əmrini verib. Ağamir Ağayev seçki günü məntəqəyə gələcəyi halda həbs ediləcəyi ilə təhdid olunub.


Cəmil Həsənlinin seçki qərargahı Mərkəzi Seçki Komissiyasını Qəbələdə baş verən bu qanunsuzluqlara müdaxilə etməyə çağırıb.(musavat)


Story Code: 308074

News Link :
https://www.islamtimes.org/az/news/308074/qəbələdə-müsavatçı-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org