0
Friday 4 October 2013 - 15:32

ABŞ və İsrail Suriya hökumətinin qüdrətini səhv qiymətləndiriblər

Story Code : 308267
ABŞ və İsrail Suriya hökumətinin qüdrətini səhv qiymətləndiriblər
ABŞ və İsrail Suriya hökumətinin qüdrətini səhv qiymətləndiriblər
Cümə axşamı günü Press TV-yə müsahibə verən Tarixi Nəzər İnistitutun rəhbəri Mark Veber deyib: “ABŞ və İsrail Suriya hökumətinin gücü haqqında səhv hesablamlar aparıblar və bu da özünü Suriya hökumətinin xaricdən dəstək alan üsyançılara qarşı mübarizəsində göstərdi.”

Keçən aylar ərzində Suriya ordusu anti-Dəməşq silahli üsyançılara qarşı xeyli sayda itki verməsinə səbəb olmuşdur. Ordu həmçinin ölkə boyu ərazidə uğurlu təmizləmə əməliyyatları həyata keçirib.

Cümə axşamı günü Suriya ordusu hələb əyalətinin şimalında yerləşən strateji ərazi olan Xannəsir bölgəsinə nəzarəti təmamailə ələ keçirdi.

Veber əlavə edərək deyib: “Bu Suriyada xalqın hökumətə qarşı qalxması hadisəsi deyil. Bu ABŞ və İsrailin maraq və yaxud təhlükəsizliyi ilə uyğun gəlməyən hər bir rejimin və hər bir hökumətin devrilməsi üçün hazırlanmış planın tərkib hissəsidir.”

O həmçinin Suriyanın xaricdən dəstək alan üsyançıları arasında uzun müddət mövcud olan qarşıdurmaya toxunmuş və demişdir ki, üsyançılar daxildə çox dağıdıcı və qeyri insani cinayətlər həyata keçirirlər, ancaq xaricə özlərini demokratik və mötədil qüvvə kimi tanıtdırırlar.
Source : Islamtimes
Comment