QR CodeQR Code

Həzrət Ayətullah əl-Üzma Xamenei:

“Ruhanilərin universitetlərdə fəal iştirakı islama yönəlmənin təzahürüdür”

İRİB , 12 Jul 2010 15:34

İslamtimes - İslam İnqilabının Böyük Rəhbəri, universitetlərdə ruhanilərin iştirakını təhsil ocaqlarda islama yönəlmənin təzahürü adlandırmışdır.


Həzrət Ayətullah seyyid Əli Xamenei ötən gün 11 iyul 2010-cu il tarixində Vəliyyi Fəqihin universitetlərdəki nümayəndə heyətini qəbul edərkən təhsil ocaqlarında fəzilətli ruhanilərin olması və onların tələbələr və universitet müəllimləri ilə sıx və səmimi əlaqə saxlamalarını İslam inqilabından sonrakı böyük nemətlərdən biri sayıblar.

İslam İnqilabı rəhbəri xatırladaraq bildirmişdir: Bu məsələnin əhəmiyyətini bədxah qüvvələrin şantajlarında, xüsusilə də onların universitetlərin islamila tərəf yönəlməsindən nigaranlıq hisləri keçirmələrindən dərk etmək olar. Buna səbəb isə ruhanilərin universitetlərdə iştirakı və islama yönəlmədə mühüm rol oynamalarıdır.

Böyük İslam İnqilab Rəhbəri universitetlərdəki hazırkı atmosferə də işarə edərək vurğulayıblar: “Təhsil ocaqlarında elmi inkişaf və hərəkətlər, tələblərin fəallığı, universitetlərdə müəllimlərin agahlığı və bəsirəti, həmçinin həssas vəziyyətlərdə öz vəzifələrini yerinə yetirmələri, tələbələrə hakimi dini atmosfer və mömin müəllimlərində bir çoxunun ölkənin taleyi ilə maraqlanması ölkədə universitet mühitlərinin parlaq reallıqlarıdırlar.”

Böyük İslam İnqilab Rəhbəri habelə tələbə və gənclərin xüsusiyyətlərini xatırladaraq eyni zamanda geniş surətdə olan aldadıcı təbliğatların olmasına işarə edərək vurğulayıblar: “Bu məsələləri nəzərə alaraq demək olar ki , elmi-dini gerçəklikləri habelə universitetlərdəki mühiti nəzərə alaraq hazırda universitetlər əlverişli və sağlam mühitdir.

İslam İnqilabı tələbələrin mənəvi məsələləri və inancları ilə bağlı məsəllərə diqqətin yetirilməsinə işarə edərək bu məsələni onların inancının dayağı sayır və nəsihət, öyüd və yaxşı rəftar ilə gənclərin örnəyini daha da təvazökarlıq və zikr ilə Allaha yaxınlaşdırmanın mümkün olduqunu bildirmişdir.


Story Code: 30831

News Link :
https://www.islamtimes.org/az/news/30831/həzrət-ayətullah-əl-üzma-xamenei

Islam Times
  https://www.islamtimes.org