QR CodeQR Code

Obama hökuməti: "İran əleyhinə yeni sanksiyalar olmayacaq"

5 Oct 2013 11:49

IslamTimes - Amerika prezidenti Barak Obama Amerika Konqresindən İran əleyhinə yeni sanksiyaları gündəmə gətirməməsini istəyib.


"Frans-Press" xəbər agentliyinin bildirdiyinə görə,  Obama dünən Amerika Konqresi nümayəndələrindən  qarşıdakı İran və 5+1 qrupu arasında Cenevrə müzakirələrinin diqqətə alınaraq İran əleyhinə hər hansı sanksiya qərarının sözügedən iclasın nəticələrinə əsasən verilməsini istəyib.
 
İran və Qərb arasındakı müzakirələrdə Amerika nümayəndə heyətinin rəhbəri Vandi Şarmen  Amerikada yaşanan büdcə probleminə və  bəzi  ictimai  qurumlarının  müvəqqəti personalını məzunuyyətə göndərməsinə toxunaraq deyib: "Amerikanın hal-hazırkı şərtlərdə İran əleyhinə yeni sanksiya qərarları verə bilməyəcək".
 
Amerika Senatının xarici əlaqələr komitəsində çıxış edən Şarmen İrana qarşı hər hansı sanksiyaların 15-16 oktyabr tarixlərindən sonraya, yəni  İran və 5+1 qrupu arasında keçiriləcək iclaslardan sonraya sına qədər təxirə salınmasının hər kəsin faydasına olduğunu söyləyib. /Deyerler/


Story Code: 308310

News Link :
https://www.islamtimes.org/az/news/308310/obama-hökuməti-iran-əleyhinə-yeni-sanksiyalar-olmayacaq

Islam Times
  https://www.islamtimes.org