QR CodeQR Code

Liavnlı general İsrailə cəsusluq səbəbindən ölüm cəzasına məhkum edilib

Islamtimes , 7 Oct 2013 23:04

İslamtimes - Livanın hərbi tribunalı istefada olan yüksək rütbəli generala İsrail ilə cəsusluq əlaqəsində olduğu üçün ölüm cəzasına məhkum edib.


Məhkəmədə olan mənbə “Daily Star” qəzetinə verdiyi məlumatda deyilir ki, Iivanın istefada olan polkovniki Həsən əl Cidd İsrailə cəsusluqda təqsirli bilinib. Ancaq o 2009-cu ildə ölkədən qaçıb.

Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah 2010-ci ildəki çıxışında deyib ki, Cidd 2005-ci il sabiq baş nazir Rafik Həririnin sui qəsd hücumundan bir gün əvvəl bu plan haqqında məlumatı var idi.

Nəsrullah həmçinin Ciddi 2004-cü ildə Hizbullah komandiri Qalib Əvəlinin də qətlində əli olduğunu bildirib.

Livan məhkəməsi keçən bir neçə il ərzində İsrailə cəsusluqda təqsirli bilinən bir neçə şəxsə ölüm cəzası verib, ancaq bunlardan heç biri hələ ki, yerinə yetirilməyib.

Hərbi Tribunal həmçinin fələstinli Əsəd Xətibə eyni ittiham üzrə 10 il həbs cəzası tətbiq edib.


Story Code: 309165

News Link :
https://www.islamtimes.org/az/news/309165/liavnlı-general-israilə-cəsusluq-səbəbindən-ölüm-cəzasına-məhkum-edilib

Islam Times
  https://www.islamtimes.org