0
Monday 7 October 2013 - 23:08

Hicab məhbusunun məhkəməsi keçirilib

Story Code : 309166
Hicab məhbusunun məhkəməsi keçirilib
Hicab məhbusunun məhkəməsi keçirilib
Vəkil Bəxtiyar Hacıyev “Media forum” saytına deyib ki, bu gün məhkəmə istintaqı tamamlanıb. Müdafiə tərəfi saxlanılarkən fəalın üstündə olan 17 min ABŞ dollarının ailə üzvlərinə qaytarılmasına vəsatət verib. Məhkəmə bu məqama aydınlıq gətirilməsi üçün prosesdə oktyabrın 8-i saat 12:30-dək fasilə elan edib.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.

Həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış.
Source : Islamtimes
Comment