QR CodeQR Code

Erməni işğalında olmayan əraziləri də məmurlar işğal edib

7 Oct 2013 06:41

Islamtimes - Ağdam rayon icra başçısı Nizami Sadıqovun aqrar məsələlər üzrə müavini Allahverən Əliyev Ağdamın erməni işğalında olmayan ərazilərini özəlləşdirib, daha dəqiqi “işğal edib”.


Daxil olan məlumatda qeyd olunur ki, A.Əliyev vəzifəsindən istifadə edərək yüzlərlə hektar torpağı zəbt edib.

Bundan başqa Quzanlı qəsəbəsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Ağdam şöbəsinin yaxınlığında 35 min manata restoran alıb:

“Həmin restoranı Gəncədən gələn iki nəfər qız işlədir. Bundan başqa Quzanlı-Hindarx yolunda rayon sakinlərinə məxsus bir neçə hektar torpağı onların əllərindən alaraq həmin ərazidə kafe və daş bazarı tikdirib. Onun Sahil adlı oğlu isə Çəmənli kəndində böyük market və standartlara uyğun olmayan pendir sexi işlədir. Həmin sexdə lisenziyasız dovğa və saçaq pendir hazırlatdırılar. Bundan başqa bir neçə sahibkarın da sexlərini əllərindən alaraq orada lisenziyasız süd məhsulları hazırlatdırılar”,deyə məlumatda bildirilir.

Həmçinin məlumatda o da qeyd olunur ki, Allahverən Əliyevin camaata məxsus torpaqları və obyektləri zəbt etməsi rayon sakinlərində ciddi narazılıq yaradıb və prezident seçkiləri ərəfəsində neqativ hadisələrə səbəb ola biləcəyi ehtimal olunur. (qazeta.com)


Story Code: 309171

News Link :
https://www.islamtimes.org/az/news/309171/erməni-işğalında-olmayan-əraziləri-də-məmurlar-işğal-edib

Islam Times
  https://www.islamtimes.org