0
Tuesday 8 October 2013 - 16:37

Lavrov: Rusiya və ABŞ Suriya danışıqlarının noyabr ayında keçirilməsi haqqında razılığa gəliblər

Story Code : 309347
Lavrov: Rusiya və ABŞ Suriya danışıqlarının noyabr ayında keçirilməsi haqqında razılığa gəliblər
Lavrov: Rusiya və ABŞ Suriya danışıqlarının noyabr ayında keçirilməsi haqqında razılığa gəliblər
Hələ may ayında Rusiya və Vaşinqton 2012-ci ilin iyun ayında Cenevrədə təşkil edilmiş görüşün davamı olaraq Suriya haqqında beynəlxalq konfransın keçirilməsi haqqında razılığa gəlmişdilər.

Bazar ertəsi günü İndoneziyanın Bali şəhərində ABŞ dövlət katibi Con Kerri ilə görüşən Serqey Lavrov görüşdən sonra jurnalistlərə müsahibəsində deyib: “Biz Suriya haqqında beynəlxalq konfransın noyabr ayının ortalarında keçirilməsinin tərəfdarıyıq.”

Lavrov deyib: “Bugün biz həm hökumətin, həm də müxalifətin konfransa gəlməsi üçün lazım olan tədbirləri gördük.”

Bazar günü Suriya prezidenti Bəşər Əsəd deyib ki, o Cenevrə 2 konfransında iştirak etməyə hazırdır, ancaq o terroristlər ilə danışıqlar aparmayacaq.

Əsəd deyib ki, terroristlərin silahı yerə qoyaraq Suriyaya qarşı xarici hərbi müdaxiləni pisləməyənə qədər onlar ilə danışıqlar aparmamaq şərtindən başqa heç bir şərtləri yoxdur.

O sual edərək soruşub: “Əsəs şərt odur ki, həll yolu Suriya sayağı olmalıdır və dialoq da siyasi olmalıdır, ancaq əgər dialoq silahlar ilə olacaqsa, bu zaman Cenevrəyə getməyin nə xeyri var?”

Suriyanın xaricdən dəstək alan müxalifət koalisiyası Cenevrə danışıqlarında iştirak etmək haqqında fikir ayrılığına malikdirlər. Onlar dəfələrlə Əsəd devriləcəyi təqdirdə konfransda iştirak etməyə hazır olduqlarını bildiriblər.
Source : Islamtimes
Comment