QR CodeQR Code

«Google» Naxçıvanı Ermənistan ərazisi kimi göstərib

14 Jul 2010 06:35

İslamTimes - «Google Earth»ın xəritələrində növbəti dəfə Azərbaycanın ərazisi təhrif edilib. “APA-ECONOMICS”in məlumatına görə, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad, Sədərək rayonları və Babək rayonunun Nehrəm kəndi Ermənistan ərazisi kimi göstərilib.


Sonuncu dəfə analoji vəziyyət Dağlıq Qarabağın Xankəndi, Şuşa, Xocavənd, Xocalı şəhərlərinin adlarının erməni versiyasında verilməsi, Naxçıvan MR-in şimal hissəsinin Dağlıq Qarabağ ərazisi kimi “Google Maps”ın xəritələrində göstərilməsi ilə bağlı olub.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-ECONOMICS”ə artıq “Google” rəhbərliyinə bununla bağlı müraciət edildiyini bildirib: “Google” şirkəti bizim müraciətimizlə bağlı tələb olunan tədbirləri görməsə, nazirlik müvafiq beynəlxalq tənzimləmə orqanlarına müraciət etmək niyyətindədir”.
M.Əmirovun sözlərinə görə, ötən il müşahidə olan səhvlərlə bağlı Azərbaycan tərəfinin müraciəti qəbul olunub və xəritələrdə dəyişikliklər edilib.


Story Code: 30980

News Link :
https://www.islamtimes.org/az/news/30980/google-naxçıvanı-ermənistan-ərazisi-kimi-göstərib

Islam Times
  https://www.islamtimes.org