0
Friday 11 October 2013 - 09:05

Sionist iqtidar partiyasının "Azanı qadağan etmə" vədinə maraqlı etiraz

Story Code : 310203
Sionist iqtidar partiyasının "Azanı qadağan etmə" vədinə maraqlı etiraz
İsrail rejimi baş naziri Benyamin Netanyahunun lideri olduğu Likud Partiyasının "azanın qadağan edilməsi" istiqamətindəki seçki vədi türk hakerlərini hərəkətə gətirib. "Ayyıldız Tim" hücum etdiyi bəzi İsrail rejimi saytlarının ana səhifələrinə azan səsi yerləşdirib, - CHA.
 
Sionist rejimdə 22 oktyabrda keçirilməsi planlaşdırılan "parlament" seçkilərinə qatılacaq Likud Partiyasının seçki vədi kimi "Azanın qadağan ediləcəyinin" açıqlanması rejim daxilində də qınanarkən, bir etiraz da da türk kiber döyüşçülərindən gəlib.
 
"Ayyıldız Tim"in rəsmi twitter və facebook hesabları üzərindən edilən açıqlamada deyilir: "İsrail rejimi, sən kimsən ki, azanları susdurasan?! Dünyada azan səsi heç bir zaman kəsilməz, susdurmağa da kimsənin gücü çatmaz. İsrail rejiminə hər gün azan dinlətməyə davam".
 
/Deyerler/
Comment