0
Friday 11 October 2013 - 14:39

Britaniay və Fransa İsrailə: İran ilə mümkün qədər mülayim davran

Story Code : 310565
Britaniay və Fransa İsrailə: İran ilə mümkün qədər mülayim davran
Britaniay və Fransa İsrailə: İran ilə mümkün qədər mülayim davran
Nümayəndə heyyətinə danışıqlarda Fransanı təmsil edən Jakues Audibert və Britaniya danışıqlar komandasının rəhbər müavini Hug Povel daxildir. Hər iki rəsmi çərşənbə günü İsrailin milli təhlükəsizlik şurası, xarici işlər nazirliyi və strateji və kəşfiyyat işləri nazirliyinin rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər.

Fransa xarici işlər naziri Laurent Fabius şənbə günü İsrailin strategiya və kəşfiyyat işləri üzrə naziri Yuval Steynitiz ilə danışdıqdan sonra Audiberti İsrailə göndərdi.

Uoll Street Journal xəbər verərək bildirib ki, İranın gələn həftə Cenevrədə baş tutacaq görüşdə öz təklifini irəli sürməsi gözlənilir. Deyilir ki, İranın irəli sürəcəyi təklif altı ay bundan əvvəl Kazaxstanın Almata şəhərində altı dövlətin irəli sürdüyü təklifə bənzər bir təklif olacaq.

Avropalı diplomatlardan biri deyib ki, sionist rejimi İranın ölkədə bütün uranın zənginləşdirməsinə son qoyacağına şübhə ilə yanaşır və Tehranın nüvə proqramı təmamilə dayandırılmayan qədər heç bir sanskiyanı aradan qaldırılmamasını təkid edir.

Diplomat deyib ki, əgər Tehranın Cenevrədə irəli sürəcək təkilifi Uol Street Journalın dediyinə bənzər olarsa, bu zaman bu addım mübət qarşılanar.

İran dəfələrlə qeyd edərək bildirib ki, o bir addım da olsun dinc məqsədlər üçün nüvə enerjisindən istifadə haqqından geri dönən deyil.

Britaniya və Fransa rəsmiləri israilli tərəf müqabillərinə deyirblər ki, onlar İsrailin sanksiyaların yumşaldılmasının nəticədə bütün sanksiya mexanizminin məhv olmasına gətirib çıxarması haqqında iddiaları ilə razılaşmırlar.

Avropalılar deyiblər ki, altı dövlət İranın qızıl ticarətinə və neft kimya sahəsinə qoyulan sanksiyanın aradan qaldırılması haqqında razılığa gələcək, ancaq Avropa Birliyinin İran bank sisteminə olan embarqosu öz yerində qalacaq.
Source : İslamtimes
Comment