QR CodeQR Code

Sionist hökuməti: Hizbullah 200 min raketə sahibdir

İslamtimes , 11 Oct 2013 15:15

İslamtimes - İsrailin daxili işlər naziri qeyd edərək bildirib ki, Hizbullah 200 mindən çox raketə malikdir və istənilən vaxt İsraili hədəfə ala bilər.


İsrail daxili işlər naziri Gulad Urdan təhlükəli plan haqqında xəbərdarlıq eədərk bildirib ki, üç həftə ərzində minlərlə raket İsrail hökumətini darmadağın edə bilər.

O əlavə edərək deyib ki, Hizbullahın malik olduğu 200 min raket hər an işğal edilmiş ərazidə yaşayan israilliləri hədəfə ala bilər.

O Baqin Sadat araşdırma inistitutunda təşkil edilən seminar zamanı çıxış edərək bildirib ki, hökumət növbəti həftələr çərçivəsində Kansia daxili işlər naziriliyinə yeni qanun təqdim edəcək.
Son zamanlar İsrailin bır sıra yüksək rütbəli ordu və dövlət rəsmiləri Hizbullahın malik olduğu qüdrət və döyüş bacarığı qabiliyyəti qarşısında öz qorxu və narahatçılıqlarını gizlədə bilməyiblər. Onlar həyacan təbili çalaraq Hizbullahın onlara yaratdığı təhlükə haqqında hökuməti xəbərdar etməyə başlayıblar.


Story Code: 310570

News Link :
https://www.islamtimes.org/az/news/310570/sionist-hökuməti-hizbullah-200-min-raketə-sahibdir

Islam Times
  https://www.islamtimes.org