0
Friday 11 October 2013 - 16:26

Rusiya: Suriyalı üsyançılar Əfqanstanda kimyəvi silahdan istifadə təlimi alırlar

Story Code : 310582
Rusiya: Suriyalı üsyançılar Əfqanstanda kimyəvi silahdan istifadə təlimi alırlar
Rusiya: Suriyalı üsyançılar Əfqanstanda kimyəvi silahdan istifadə təlimi alırlar
Cümə günü Lavrov deyib: “Bizdə olan faktlara əsasən əl Qaidəyə bağlı əl Nusra cəbhəsi indi də İraq ərazisində terror hücumları həyata keçirmək üçün İraqa zəhərli qazlardan ibarət olan kimyəvi silahlar və onu istifadə etməyi bacaran mütəxəssislər keçirməyi planlaşdırır.”

Rusiyanın baş diplomatı daha sonra izah edərək bildirib ki, kimyəvi silahdan istifadə haqqında keçirilən təlim məşqlərindən məqsəd Suriyada növbəti dəfə bu silahdan istifadə edərək hücum etmək və ölkəyə hərbi müdaxiləni təmin etməkdir.

O qeyd edərək bildirib ki, Əfqanstanda təlim məşqlərin həyata keçirildiyi ərazilər Kabuldakı mərkəzi hökumətin idarəçiliyi altında deyil.

Lavrov bu açıqlamanı Kuvetli tərəf müqabili Muhəmməd Sabah əl Salim əl Sabah ilə görüşməsindən sonra etmiş və BMT və Kimyəvi Silahların Qadağası Təşkilatı tərəfindən kimyəvi silahların məhv edilməsi prosesinin qarşısını almaq üçün suriyalı üsyançılar tərəfindən mövcud ola biləcək mümkün təxribata qarşı xəbərdarlıq etmişdir.

Rusiya xarici işlər naziri əlavə edərək deyib: “Biz heç bir maneə olmadan plan əsasında işin həyata keçirilməsini tələb edirik. Biz mümkün olacaq təxribata qarşı xəbərdar edirik.”
Bu arada Rusiya diplomatik mənbələri elan edərək bildiriblər ki, Suriyada avqust ayında baş verən kimyəvi silahdan hücum hadisəsi Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti Dəməşq yaxınlığında fəaliyyət göstərən radikal üsyançıların dəstəyi ilə həyata keçirmişdir.

21 Avqust tarixində Suriyada kimyəvi silahdan hücum hadisəsindən sonra ABŞ bu hücumun arxasında Suriya hökumətinin olduğunu bəhanə gətirərək rəsmi Dəməşqi hərbi hücum ilə təhdid etdi.

Lakin Suriya öz növbəsində bütün bu ittihamları rədd edərək bu hadisənin ölkəyə xarici hərbi müdaxiləni təşkil etmək üçün xaricdən dəstək alan suriyalı üsyançılar tərəfindən həyata keçirildiyini bildirmişdir.
Source : İslamtimes
Comment