QR CodeQR Code

Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir

13 Oct 2013 09:07

IslamTimes - Dünya Bankının rəhbəri Cim Yen Kim Vaşinqtona xəbərdarlıq edərək bəyan edib ki, ABŞ-ı qlobal fəsadlarla nəticələnəcək maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır.


“Hazırda bizi çox təhlükəli məqamdan cəmi 5 gün ayırır. Mən ABŞ siyasətçilərini tez bir zamanda qərar verməyə çağırıram. Bu qərar dövlət borcunun yuxarı həddinin qaldırılmasına verilən son möhlət bitənədək qəbul olunmalıdır”. APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bunu Cim Yen Kim DB-nin inkişaf üzrə komitəsinin üzvləri ilə görüşündən sonra keçirilmiş brifinqdə deyib.  

DB rəhbərinin sözlərinə görə, əgər bu baş verərsə - bu həm inkişaf edən, həm də inkişaf etmiş iqtisadiyyatlar üçün fəlakət olacaq.  

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsinə və dövlət borcunun yuxarı həddinə dair razılığa gələ bilmirlər. Qeyri-müəyyənlik vəziyyətinin davam edəcəyi təqdirdə ABŞ-da defolt baş verə bilər.


Story Code: 310743

News Link :
https://www.islamtimes.org/az/news/310743/dünya-bankı-5-gündən-sonra-abş-ı-fəlakət-gözləyir

Islam Times
  https://www.islamtimes.org