0
Sunday 13 October 2013 - 23:40

Siyasi ekspert: İsrail və Səudiyyə Ərəbistanı Suriyanı dağıtmaq niyyətindədilər

Story Code : 311016
Siyasi ekspert: İsrail və Səudiyyə Ərəbistanı Suriyanı dağıtmaq niyyətindədilər
Siyasi ekspert: İsrail və Səudiyyə Ərəbistanı Suriyanı dağıtmaq niyyətindədilər
Siyasi ekspert Kevin Barret deyib: “Onlar (israillilər və səudiyyəlilər) virtual olaraq Səudiyyə-İsrailiyə adlı bir ölkədə birləşirlər və ABŞ-da İsrail naminə Suriyanı dağıtmaq istəyən mühafizəkarlar qrupu Suriyanı üç kiçik dövlətlərə parçalayaraq daha sonra İrana hücum etmək istəyirlər.”

O əlavə edərək deyib ki, Qərb dövlətləri həqiqətdə özlərini üsyançı adlandıran terroristləri silahlandırmaqla onların törətdiyi cinayətlərə şərik olurlar və Qərb mediası da Suriyada baş verən zorakılıq və qırğın haqqında səssiz qalırlar.

Şərhçi Qərb dövlətlərinin əl Qaidə ilə müttəfiqə çevrildiyini demiş və bildirmişdir ki, hətta onlar bir ilə əvvəl ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevensin qətlində də əlbir olmuşdular.

Keçən il Muhəmməd Peyğəmbəri təhqir edən filmə etiraz əlaməti olaraq ABŞ-ın Benqazidəki konsulluğu qarşısında nüamyiş keçirdiyi zaman toqquşma baş verdi.

ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevens və ABŞ konsulluğunun üç işçisi toqquşma zamanı qətlə yetirildi. ABŞ rəsmilərinin bildirdiyinə əsasən toqquşma zamanı ən azı beş amerikalı yaralanmışdır.

Barret deyib ki, Suriyada vətəndaş müharibəsi yaratmaqda əli olan hər kəs tərəfindən edilən ən böyük səhvdir.

Analitik qeyd edərək bildirib: “Bu münaqişə və müharibədən yeganə mənfəət və xeyir götürən tərəf yalnız isrillilərdir. İndi İsraillilərin Colan Yüksəkliklərini Suriyaya geri vermək kimi bir narahatçılıqları yoxdur.”

Cümə günü Human Rights Watch hesabat dərc edərək bildirib ki, təkfirçi üsyançılar təkcə avqust ayında Suriyanın Latakiya ərazisində 190 dinc vətəndaşı qətlə yetirmiş və 200-dən çox insanı isə girov götürmüşdür.

150 səhifəlik hesabat araşdırma və hücum qurbanları da daxil olmaqla 35 nəfər ilə müsahibə əsasında tərtib edilmişdir.
Source : Islamtimes
Comment