0
Monday 14 October 2013 - 00:13

İsrail işğal edilmiş ərazilərdə 1500 yeni yaşayış məskəni salmağı planlaşdırır

Story Code : 311022
İsrail işğal edilmiş ərazilərdə 1500 yeni yaşayış məskəni salmağı planlaşdırır
İsrail işğal edilmiş ərazilərdə 1500 yeni yaşayış məskəni salmağı planlaşdırır
İsrail mənbələrinin bildirdiyinə əsasən Fələstin torpaqlarında yeni yaşayış məskənlərinin salınması avqust ayında qəbul edilmiş layihənin tərkib hissəsidir.

Tel Əviv rejimi bu qeyri qanuni məskunlaşmanı genişlətmə siyasətinə görə öz yaxın müttəfiqləri də daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalıb.

Ancaq işğalçı rejim hər zaman qeyri qanuni məskunlaşmaya son qoymaq üçün edilən çağırışları göz ardına vurub.

Bu arada Fələstin Hökuməti qeyri qanuni məskunlaşma siyasətini sülh danışıqlarına maneə kimi qiymətləndirirlər. Beynəlxalq qanunlara əsasən İsrailin məskunlaşma siyasəti qeyri qanuni hesab edilir.

1967-ci ildə İsrailin işğal etdiyi Fələstin torpaqları olan Qərb Sahili və Şərqi Qüds torpaqlarında yarım milyondan çox israillinin yaşadığı 120-dən çox yaşayış məskənləri salıblar.
Source : Islamtimes
Comment