QR CodeQR Code

Tale Bağırzadənin məhkəməsi başlayıb

14 Oct 2013 11:08

IslamTimes - Diktatura quruluşuna qarşı sərt tənqidlərinə görə həbs edilmiş siyasi məhbus Tale Bağırzadənin məhkəməsi başlayıb.


Bu gün Sabunçu rayon məhkəməsində ilahiyyatçı Tale Bağırzadənin məhkəməsi keçirilir. Əməkdaşımızın verdiyi məlumata görə, onun yaxınları məhkəmə binasının qarşısına toplaşıblar, ancaq məhkəmə açıq olsa da, qapı arxasında qalıblar. Hakimlər onların məhkəmə salonuna daxil olmasına icazə verməyiblər. 
 
Xatırladaq ki, T.Bağırzadə narkotik maddə saxlamaq ittihamı ilə həbs olunub. Onun vəkilləri, eləcə də ictimaiyyət ittihamın qurama olduğunu bildirirlər. Onların və bir sıra insan haqları təşkilatlarının qənaətinə görə, T.Bağırzadə vicdan məhbusudur.


Story Code: 311063

News Link :
https://www.islamtimes.org/az/news/311063/tale-bağırzadənin-məhkəməsi-başlayıb

Islam Times
  https://www.islamtimes.org