QR CodeQR Code

Sanksiyalara baxmayaraq İran neft ixracatını artırıb

14 Oct 2013 15:28

IslamTimes - Beynəlxalq Enerji Agentliyi sentyabr ayında İranın gündəlik neft artımının orta hesabla 180 min barrel olduğunu açıqlayıb.


Tesnim xəbər agentliyinin bildirdiyinə görə, İranın neft ixracatıyla əlaqədar son məlumatlar İranın 2013-cü il sentyabr ayında ötən ilin eyni dövrünə görə neft ixracatında gündəlik 180 min barrel artım qeydə alındığını göstərir, - İRİB.
 
Hazırda İranın Çin və Hindistana olan neft ixracatının da artmaqda olduğu bildirilir.
 
İranın sentyabr ayında  neft ixracatı gündəlik 1.17 milyon barrelə yüksələrkən, İranın Hindistana sentyabr ayında neft ixracının miqdarı 265 min barrelə, Çinə ixracı isə gündəlik 555 min barrel olduğu bildirilir.
 
/Deyerler/


Story Code: 311174

News Link :
https://www.islamtimes.org/az/news/311174/sanksiyalara-baxmayaraq-iran-neft-ixracatını-artırıb

Islam Times
  https://www.islamtimes.org