QR CodeQR Code

Netanyahu: Son bir neçə həftə ərzində müqavimət fəaliyyəti xeyli artıb

Islamtimes , 14 Oct 2013 15:52

Islamtimes - İsrail baş naziri Benyamin Netanyahu deyib ki, Qərb Sahilində bir neçə il sakitlikdən sonra son bir neçə həftə ərzində Fələstin müqavimət fəaliyyətləri xeyli artıb.


Nazirlər kabinetinin görüşü zamanı Netanyahu deyib ki, İsrail ordusunun hərbi əməliyyatları sayəsində keçən il Qərb Sahilində ən dinc və sakit il olub, ancaq son bir neçə həftə ərzində müqavimət fəaliyyəti xeyli artıb və Netanyahu bu fəaliyyəti terror fəaliyyəti adlandırıb.

Netanyahu bu açıqlamanı İsrail ordu qüvvələri Qəzzadan işğal edilmiş Fələstin ərazilərinə kimi gedib çıxan gizli yeraltı tuneli aşkar etdikdən bir neçə saat sonra etdi.

İşğalçı İsrail rejimi artıq neçə illərdir ki, günahsız və müdafiəsiz Fələstin xalqına qarşı soyqırım siyasəti yürüdür. İsrail rejiminin Qəzza Zolağını mühasirə şəraitində saxlaması səbəbindən ərazidə işsizlik və yoxsulluq xeyli artmışdır. İnsanlar təhsil və yaşam hüquqlarından məhrum olmuşdur. Bütün bunlarla yanaşı işğalçı soinist rejimi həmçinin beynəlxalq təşkilatların çağırışılarını göz ardına vurmuşdur.


Story Code: 311183

News Link :
https://www.islamtimes.org/az/news/311183/netanyahu-son-bir-neçə-həftə-ərzində-müqavimət-fəaliyyəti-xeyli-artıb

Islam Times
  https://www.islamtimes.org