0
Tuesday 15 October 2013 - 09:04

Ramiz Mehdiyevdən ABŞ-la bağlı şok sözlər

Story Code : 311311
Ramiz Mehdiyevdən ABŞ-la bağlı şok sözlər
“ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”. Musavat.com-un məlumatına görə, bunu bir qrup jurnalistə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.  
 
“Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffav və ədalətli yox, saxta seçki keçirməliydik”, - Ramiz Mehdiyev deyib. /Musavat/
Comment