QR CodeQR Code

ABŞ tez bir zamanda İrana tətbiq edilmiş sanksiyaları aradan qaldırmağa hazırdır

Islamtimes , 15 Oct 2013 23:17

Islamtimes - Amerikalı rəsmilər deyib ki, ABŞ Tehranın nüvə enerji proqramı səbəbindən İrana qarşı tətbiq edilmiş sanksiyaları növbəti nüvə danışıqlarından sonra tez bir zamanda aradan qaldırmağa hazırıdır.


Bazar ertəsi günü danışıqlardan əvvəl jurnalistlərə müsahibə verən ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi deyib ki, biz sanksiyaları təmamilə aradan qaldırmağa hazırıq.

“The Hill” qəzeti administrasiya rəsmisinə istinad edərək deyib: “Əgər onlar irəli addım atmağa hazırdılarsa, biz də hazırıq. Hər şey onların masa üzərinə hansı təklifi qoymasından asılıdır.”

Rəsmi deyib: “Hər hansı bir sanksiyanın aradan qaldırılması İranın təklifindən asılı olacaq.”

ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya çərşənbə axşamı və çərşənbə günləri Cenevrədə İran ilə nüvə enerji məsələsi üzərində danışıqlar aparacaqlar.

Jurnalistilərin adminsitrasiya rəsmisində İranın münasib təklif irəli sürəcəyi təqdirdə ABŞ dərhal sanksiyalar aradan qaldıracaq sualın rəsmi bəli cavabı verib.
İran dəflərlə deyib ki, onun nüvə enerji proqramı dinc xarakter daşıyır və sadəcə enerji məqsədi güdür.

Bazar ertəsi günü İran xarici işlər naziri Muhəmməd Cavad Zərif deyib ki, Cenevrədə altılıq ölkə ilə keçiriləcək görüş onların nüvə məsələsini həll etməkdə cidiyyətini yoxlamaq məqsədi daşıyır.

Zərif Cenevrəyə gələrkən jurnalistlərə müsahibəsində deyib: “Sentyabr ayında keçirilən Nyu Yokr danışıqları hər iki tərəfin nüvə məsələsini həll etməyin siyasi istəklərini elanı idi və biz fikirləşirik ki, hər iki tərəf xarici işlər nazirləri səviyyəsində danışıqlar vasitəsilə bu məsələyə təcili həll yolu tapmağa hazırdılar.”

İranlı nazir əlavə edərək deyib ki, o Cenevrə danışıqları haqqında bədbin deyil.

Zərif qeyd edərək bildirib ki, nüvə məsələsi iclaslar vasitəsilə həll edilə bilməz və qısa zamanda nəticənin əldə edilməsi üçün etibar və güvən yaradılmalıdır.


Story Code: 311469

News Link :
https://www.islamtimes.org/az/news/311469/abş-tez-bir-zamanda-irana-tətbiq-edilmiş-sanksiyaları-aradan-qaldırmağa-hazırdır

Islam Times
  https://www.islamtimes.org