0
Wednesday 16 October 2013 - 10:47

Cenevrədə ABŞ və İran arasında ikitərəfli görüş keçirilib

Story Code : 311508
Cenevrədə ABŞ və İran arasında ikitərəfli görüş keçirilib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.  
 
Görüş “altılıq” ölkələri ilə İran arasına aparılan danışıqlar çərçivəsində baş tutub.  

Mənbənin məlumatına görə, 1 saat davam edən görüş “faydalı” olub. Qeyd edək ki, bu görüş ABŞ və İran rəsmilərinin iki ölkə liderlərinin sentyabrda ixtilafların sülh yolla aradan qaldırılması təşəbbüsü ilə çıxışından sonra bu cür səviyyədə keçirilən ilk görüşüdür.
Comment