0
Wednesday 16 October 2013 - 14:34

“Orta Şərqdəki məzhəb savaşının memarı AKP iqtidarıdır”

Story Code : 311534
“Orta Şərqdəki məzhəb savaşının memarı AKP iqtidarıdır”
“Orta Şərqdəki məzhəb savaşının memarı AKP iqtidarıdır”
CHP-li Durdu Özbolat Orta Şərqdə məzhəb döyüşlərinə varan siyasi ayrıseçkiliklərdə Baş nazir Rəcəb Tayyib Ərdoğanın əhəmiyyətli rolu olduğunu ifadə edərək izlənilən siyasətlərlə də bunun çox dəqiq bir şəkildə ortaya qoyulmaqda olduğunu söylədi.
Antaliyada Ələvi Mədəniyyət Təşkilatları Konyaaltı Şöbəsinin təşkil etdiyi “Orta Şərq Türkiyə və Ələvilər” mövzulu konfransda çıxış edən CHP Kahramanmaraş Millət vəkili Durdu Özbolat Orta Şərqdəki məzhəb savaşlarının memarının Baş nazir Ərdoğan olduğunu ifadə edərək: “Orta Şərqdə məzhəb savaşlarına qədər gəlib çatan bu siyasi ayrıseçkiliyin memarı mənə görə Baş nazir Rəcəb Tayyib Ərdoğandır. Suriyada bunu o qədər dəqiq ortaya qoydu ki, Əl-Qaidəyə bağlı Əl-Nusranı dəstəkləyib təhsil verib, silahlandırıp oraya göndərərkən sərhədi açıb, hətta Suriyadakı rəhbərliyi təhdid edib orada hər an bir müharibə başladacaqmış kimi davranmasının səbəbi bir az da orada idarəçilərin Nusayri, yəni Ələvi olmalarıdır” dedi.
Baş nazir Ərdoğanın bu mövzudakı düşüncəsini Reyhanlı hücumunda dünyasını dəyişənlərlə əlaqədar etdiyi açıqlamasında da ortaya qoyduğunu vurğulayan Özbolat: “Əl-Nusranın və ya Əl-Qaidənin etdiyi düşünülən Reyhanlı hücumunda ölənləri də dərhal təsnif etdi. Bu öz daxili dünyasındakının xaricə ötürməsidir. Bir baş nazir öz ölkəsində ölən vətəndaşların etnik mənşələri ilə əlaqədar şərh edirsə o çox da məsum bir şərh ola bilməz” ifadəsini istifadə etdi.

Dedim ki “hər halda hər kəs kimi bir insandır”
Baş nazir Ərdoğanın Cəmevlərinə qarşı fikirlərini də tənqid edən CHP-li Özbolat: “Cəmevləriylə əlaqədar ifadəsinə də bizim ibadət yeri dediyimiz yerə ziyafət yeri gözüylə baxdığını ortaya qoymuşdu . O inanca mənsub olan insanları da qətli vacib olaraq qiymətləndirir. Düşünün ki, Misirdə ölən bir qız uşağının məktubunu oxuyarkən göz yaşlarını tuta bilmədi. Amma Suriyada gənc insanların yerə yatırdılıb mahnılar, şeirlər, dualarla mişarla, bıçaqlarla kəsilməsi səhnəsini isə yox sayır. Bu çox böyük bir ziddiyyətdir. Baş naziri ağlayarkən görüncə dedim ki, hər halda bu da hər kəs kimi bir insandır. Mənfi bir şeyi gördü, çox kədərləndi deyə düşündüm. İnsan yalnız öz yaxınına, öz ailəsinə kədərlənib ağlamamalıdır, bütün insanlıq üçün pis bir şey olduğunda eyni duyğunu yaşamalıdır” dedi.
İraqda 2,5 milyona yaxın insanın öldüyünü, minlərlə insanın yaralandığını və şikəst qaldığını vurğulayan Özbolat: “Orta Şərqdə hər yer qan içindədir. İraqın vəziyyəti məlumdur. Bəzilərini məscidi bombalayan bir qrupa çevirdilər. İndi Suriya, Misir və Liviyada eyni vəziyyətdədir. Orta Şərqdə məzhəb savaşları artıq bir dəlilik ölçüsüylə davam edir. Əl-Qaidə hər yerə əl atmış vəziyyətdədir” dedi.
Çıxışında Konstitusiya Məhkəməsi rəhbəri Haşim Kılıçın ötən günlərdə bir konfransda etdiyi çıxışına da toxunan Özbolat bunları söylədi:
“İqtidar tərəfdarı olaraq bilinən Konstitusiya Məhkəməsi rəhbəri Haşim Kılıç bu yaxınlarda bir konfransda Suriyadakı o vəhşiliyin kasetlərini, şəkillərini gördükdən sonra “Bunlar Müsəlmandırlarsa, mən müsəlman deyiləm” dedi. Baş nazir hələ o mövzuda səsini çıxartmayıb. Demək ki, Haşim Kılıçın narahatlıq duyduğu nöqtələrdə Baş nazir narahat deyil. Orta Şərq hər gün bir az daha bu döyüşün içərisində olacaq, çünki çox əhəmiyyətli neft yataqlarına sahibdir. Güclü bir İraq, Misir və Suriyanı, ya da güclü bir İranı, hətta güclü bir Türkiyəni istəmirlər”.

Həll nöqtəsində deyil
Türkiyənin uzun illər yaşadığı kirli döyüşdə 50 minə yaxın insanın həyatını itirdiyi, on minlərlə insanın yerindən-yurdundan olduğunu da ifadə edən Özbolat AKP iqtidarının bu problemə bağlı olaraq hazırladığı sözdə həll paketinin boşa çıxdığını söylədi. Qəbul olunan qanunların həll nöqtəsində olmadığını ifadə edən Özbolat bununla əlaqədar düşüncələrini bildirdi:
“Dövlət öz vətəndaşlarına təəssüf ki, düşmən kimi davrandı. Beş minə yaxın kənd boşaldıldı. Təxminən 17 min insan mühakiməsiz edam edildi və bunların səbəbkarları təəssüf ki, müəyyən deyil. Minlərlə insan həbs, on minlərlə yerindən-yurdundan oldu. Bu gün gəldiyimiz nöqtədə bu iqtidarın demokratiya anlayışının həll nöqtəsində olmadığını düşünürəm. Nə kürdlər üçün, nə ələvilər üçün, nə Türkiyədə yaşayan digərləri üçün həqiqətən mütləq bir həlli gətirəcək heç bir tənzimləmənin olmadığını, əksinə hicabın bu günə qədər girə bilmədiyi sahələrə girməsinə fürsət verən bir tərtibat olduğunu düşünürəm”.

Bəsdir daha!

Çıxışında ələvilərin artıq birlik olmaları və təşkilatlanmaları çağırışında olan CHP-li Özbolat sözlərini belə tamamladı:
“Ələvilərin Türkiyədəki, ya da Anadoludakı qarşılaşdıqları haqsızlıqları son 10 il və ya son 20-50 ilə sığdırmaq mümkün deyil. Min ildir davam edir. İndi ələvilərin yaşadıqlarından bir dərs çıxartması lazımdır. Bu qədər zülmə uğrayan, bu qədər haqsızlığa uğrayan bir cəmiyyət necə olur ki, bir səs çıxarmır, təşkilatlanmır. Bu qədər ağrılar yaşayan bir cəmiyyət hələ də birləşə bilmir. Hər kəsin özünə görə bir ələviliyi var. Kədərlənərək deyirəm bu təşkilatların rəhbərləri çox məsuliyyət daşıyırlar. Maraş qətliamını yaşamış biri olaraq söyləyirəm: Bir insanın yalnız inancı üzündən daha doğulmamış övladından başlayaraq qətl edilməsi əsla qəbul ediləcək bir şey deyil. Bu təşkilatların rəhbərləri bir an əvvəl özlərinə görə ələviliyi uyğunlaşdırmağa çalışmağı buraxsınlar. Lideri, rəhbəri olmayan cəmiyyətlər onsuz da dağınıq olarlar. Bir an əvvəl yığıb, yığışdıracaq, birləşməyi təmin edəcək bir atmosferi yaratmanız, qurmanız lazımdır. Bu idarəçilərimiz əgər həqiqətən siyasətlə məşğul olmaq istəyirlərsə o zaman bu təşkilatların rəhbərliyindən ayrılmaları lazımdır”.
Source : Islamtimes
Comment