0
Wednesday 16 October 2013 - 14:54

Əsl qurban Müsəlmanlardır!

Story Code : 311540
Əsl qurban Müsəlmanlardır!
Əsl qurban Müsəlmanlardır!
Bu zülmün səbəbi isə ABŞ - İsrail cütlüyünün İslam coğrafiyası üzərindəki hesabları və bu bölgədəki tərəfdarlarıdır.
Səlib - Sionist ittifaqı qısa adı BOP olan Böyük Yaxın Şərq Proyekti daxilində 22 İslam ölkəsinin sərhəd və rejimlərini öz mənfəətləri istiqamətində yenidən dizayn etmək istəyir. Hədəfə çatmaq üçün hər yolu mübah sayan bu ittifaq adına Ərəb Baharı deyilən və demokratiya, azadlıq kimi qulağa xoş gələn sözlərlə kamuflyaj edilən daxili üsyanları qızışdırır.
Nəticə etibarilə İslam dünyası daha bir Qurban bayramına durmadan axan müsəlman qanıyla girir. Sanki müsəlmanlar xaçlı ittifaqına qurban edilir.

Ölkələrdəki vəziyyət ürək sızladır:

Suriya 2 il yarımdır tikan üstündədir

Təxminən 2 il yarımdan artıq davam edən terror hücumları on minlərlə müsəlmanın ölümünə səbəb oldu. Qərb tərəfindən dəstəklənən müsəlman görünüşlü üsyançı qruplar insanların başını eynilə qoyunun başını kəsdiyi kimi kəsir. Suriyada bu ana qədər 30 mini polis və əsgər olmaqla 110 min nəfər həyatını itirdi. 2 milyondan çox suriyalı isə ölkəsindən başqa ölkələrə qaçmış vəziyyətdədir. Təxminən 4 milyon suriyalı ölkə içində yer dəyişdirdi .

İraqda bayramlar dəyişmədi
ABŞ-ın kimyəvi silah yalanı və demokratiya gətirmə bəhanəsiylə işğal etdiyi İraqda hər gün təxminən 50 adam təşkil edilən hücumlarda dünyasını dəyişir. Hücumların əhəmiyyətli bir hissəsinin şiələrin yaşadığı bölgələrdə cərəyan etməsi diqqət çəkir.

Əfqanıstan 34 ildir dincliyə həsrətdir
ABŞ-ın 11 sentyabr hadisələrindən sonra Səlib yürüşü başladırıq deyərək işğal etdiyi ilk ölkə olan Əfqanıstanda da müsəlman qanı axır. ABŞ və NATO əsgərləri tərəfindən nizamlı olaraq edilən əməliyyatlarda müsəlmanlar qətl edilir. Ölkədə müsəlmanların can və mal təhlükəsizliyi artıq xəyaldır.

Liviyada xaos hakimdir
Ərəb Baharı daxilində ələ keçirilən Liviyada dinclik qalmadı. Küçələrin şəbəkələrə təslim olduğu ölkədə artıq baş nazir belə qaçırılır hala gəldi. Liviyada sözdə azadlıq əməliyyatıyla qərb yeraltı qaynaqlarına çökərkən Liviyalılara bir-birini öldürmək qaldı.

Misir ağır “zərbə” aldı
ABŞ tərəfdarı rəhbərliklərin birinin gəlib birinin getdiyi Misirdə də dinclik yoxdur. Müxalif qruplar arasında yaşanan qarşıdurmalarda hər gün onlarla müsəlman həyatını itirir.

Fələstində yaralar dərinləşdi
On illərdir İsrail zülmü altında inləyən fələstinli müsəlmanlar bu bayrama da hüznlə girir.
Dünyanın ən böyük açıq hava həbsxanasına dönən 1.5 milyonluq Qəzza ən təcili ehtiyaclarını belə Misirə açılan tunellərdən təmin etmək məcburiyyətindədir. Fələstinlilər iki parça olmuş vəziyyətdədir. Qərbi Şəriyədə bir hökumət, Qəzzada başqa bir hökumət var.

Myanmarda təzyiq davam edir
Myanmar Burma və ya Burma olaraq xatırlanan Cənubi Asiyada yerləşən bu ölkədəki müsəlmanlar tayı-bərabəri olmayan bir vəhşiliklə qarşı-qarşıyadır. Arakan bölgəsində yaşayan müsəlmanlar buddistlər tərəfindən yandırılaraq öldürülür. Ölkədə müsəlmanlara qarşı vəhşilik yüksələn xəttlə davam edir.

Şərqi Türkistan
30 milyonluq əhalisiylə Türkiyədən sonra ən sıx Türk cəmiyyəti olan Şərqi Türkistan Çinin təzyiqi altındadır. 1949-cu ildən bu yana Çinin siyasi və iqtisadi nəzarəti altında olan Şərqi Türküstan bu bayrama da əsarət altında girir.

Çarə Türkiyə, amma .. !

Nəticə olaraq İslam dünyası bir qurtarıcı gözləyir. Bu mövzuda tək ünvan isə tarixi boyunca Səlib yürüşləri qarşısında İslam dünyasına qalxan olan Türk millətidir.
Ancaq Türkiyəni idarə edənlər son dövrdə bu tarixi missiyası bir tərəfə buraxıb səlib tərəfində müsəlman ovuna çıxdı. Əfqanıstan, İraq, Liviya və Suriya bu vəziyyətin acı nümunələridir.
Türkiyə bu ölkələrə edilən və milyonlarla müsəlmanın qətlinə səbəb olan əməliyyatlarda səlib dünyası ilə birlikdə hərəkət etdi. Gəldiyimiz nöqtədə Şərqi Türküstandan Liviyaya qədər İslam ümməti Türkiyədən tarixi missiyasına dönüb İslam dünyasına qalxan olmasını gözləyir.
Source : Islamtimes
Comment